Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev: Azərbaycan Rusiya ilə bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək əzmindədir

İlham Əliyev: Azərbaycan Rusiya ilə bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək əzmindədir

19.08.2024 [15:47]

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə geniş tərkibdə görüşdə söyləyib.

Dövlətimizin başçısı bildirib: “Bu gün artıq Sizinlə fikir mübadiləsi apardıq və ölkələrimiz arasında münasibətlərin - dostlar, qonşular və müttəfiqlər arasında münasibətlərin necə inkişaf etməsindən məmnunluq ifadə etdik. Bütün sahələrdə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Yəni, həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və bizim qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Əminəm ki, Sizin səfəriniz ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiamətində növbəti mühüm addım olacaq”.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

Dünya

YAP xəbərləri

Separatizmə son qoyuldu

12 Sentyabr 14:09

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30