Qondarma "Milli şura"nın fəaliyyəti qeyri-qanunidir
05.09.2024 [15:26]
Siyasi məqsədlərə xidmət edən "qurum" heç bir hüquqi əsasa söykənmir
Ənənəvi olaraq hər seçkidən sonra özünün absurd iddiaları və "bəyanatları" ilə yadda qalan bəzi amorf təşkilatlar yenə də öz ampluasındadır. Xarici korporativ maraqların ölkə daxilindəki "dəyənəyi" kimi çıxış edən bu "qüvvələr" yenə də eyni havanı çalır – qorxaraq geri çəkildiyi, özünün gücsüzlüyünün ortaya çıxacağından ehtiyatlanaraq qatılmadığı seçiklərə qara yaxmaq, bundan öz maraqları üçün istifadə etmək, yenidən diqqət mərkəzinə düşmək və ianələr almaq üçün fürsət axtarırlar. "Milli şura" adlanan qurum isə bu yöndə daha çox canfəşanlıq edir. Əcnəbi direktivlərə əsaslanaraq xarici auditoriyalarda özünə dəstək axtaran, heç bir hüquqi əsas olmadan iddialar irəli sürən "Milli şura"nın əslində fəaliyyəti qeyri-qanunidir. İlk növbədə, bu gün "Milli şura"nı yaradanların demək olar ki, heç biri bu "qurumda" təmsil olunmur. İkinci bir tərəfdən, hansısa partiyaların və ya siyasi birliklərin "şurası" kimi fəaliyyət göstərməli olan "qurum" bir partiyanın yedəyinə çevrilib və həmin partiya da manipulyasiya edərək bu "addan" yalnız və yalnız pul qazanmaq üçün istifadə edir. "Milli şura"nın nəinki bəyanat verməyə, hətta fəaliyyət göstərməyə belə hüquqi, mənəvi haqqı çatmır.
Özləri deyib, özləri eşidirlər
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən tanınmış hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Millri Şura 2012-ci ildə yaranan zaman orada bəzi siyasi qruplar, partiyalar təmsil olunurdu: "Qısa müddət sonra bu partiyalar oradan ayrıldı, şuranı yaradanların mütləq əksəriyyəti oranı tərk etdi. Bu gün "milli şura"da faktiki olaraq hər hansı bir siyasi qüvvə təmsil olunmur. Orada ayrı-ayrı şəxslərin təmsilçiliyindən söhbət gedir ki, onlar da ara-sıra epizodik, fraqmentlər olaraq ortaya çıxırlar. Hazırda bu qurum qeyri-ciddi təsir bağışlayır. Bu gün milli şura deyilən qurum və ya təsisat Azərbaycandakı siyasi proseslərə hər hansı bir təsir etmək imkanında və gücündə deyil. Söylədiyi fikirlər isə yalnız ənənəvi fikirlərdir. Özləri deyib, özləri eşidirlər".
"Milli şura" da yoxdur
Ə.Nuriyev bildirib ki, "Milli şura" yaranan zaman mövcud olan format hazırda yoxdur. Bu mənada həm də demək olar ki, "Milli şura" da yoxdur. "Çınki Milli şura adətən müxtəlif qüvvələrin bir araya gəlməsindən, bir arada olmasından formalaşır. Bunların "Milli şura" adlandırdıqları formatda nə bir siyasi qüvvə, nə də tanınmış siyasi xadim təmsil olunmur. Bir təşkilat və onun ətrafındakı bir neçə nəfər orada qərar tutublar. Onlara isə "Milli şura" demək olmaz. Olmayan bir şeyin adından bəyanatlar vermək yalnız və yalnız kiminsə mövcudluğunu yenidən gündəmə gətirmək üçündür", - deyən Ə.Nuriyev əlavə edib ki, hüquqi baxımdan hər hansı şəxslər qrupu və ya təşkilatlar qrupu bir araya gəlib hər hansı bir qurumu təsis edirlərsə, həmin qurumun fəaliyyət göstərməsinin iki forması var: "Birincisi hüquqi şəxs kimi fəaliyyət göstərməsidir. Belə olan halda mütləq qeydiyyatdan keçməlidir. Hüquqi şəxs olaraq hansı formatda fəaliyyət göstərəcək? Çünki siyasi partiyaların birliyi deylən bir qurumun yaradılmasını tənzimləyən hər hansı bir qanunverici akt yoxdur. Bu qurumlar yalnız seçkilər zamanı siyasi partiyaların bloklarının yaradılması ilə meydana gəlir. Onda digər qeyri-kommersiya təşkilatı kimi format qazana bilər ki, bu da QHT-nin bir növü kimi izah edilir. Bu zaman da müxtəlif təşkilatlar bu şuranın yaranmasında iştirak etməlidirlər. İndiki halda həmin şurada bu əlamətlər belə yoxdur. Onlar təsis olunma barədə də qanunvericiliyin tələbi ilə Ədliyyə nazirliyinə xəbər verməlidirlər".
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

