“İrəvan dialoqu”nda ...
12.09.2024 [09:33]
Paşinyanın növbəti absurd iddiaları
Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Belə tələblərdən biri də erməni tərəfinin ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasıdır. Çünki bu ölkənin konstitusiyasında dövlətimizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur.
XİN: Qəbuledilməzdir!
Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 10-da “İrəvan dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsini, həm də, ümumilikdə 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə bağlı reallıqları açıq-aşkar təhrif edib. Paşinyan çıxışında deyib ki, sülh sazişinin layihəsi mahiyyətcə 80 faizi razılaşdırılıb: “Biz razılaşdırılmış 13+3 müddəalarını masaya qoymağı, indi onları sülh sazişi kimi imzalamağı və gələcək məsələlərin müzakirəsinə keçməyi təklif edirik. Bu auditoriya da razılaşar ki, heç vaxt heç bir yerdə bütün məsələləri həll edən saziş olmayıb. Belə bir müqavilə yoxdur. 20, 50, 100 maddəni araşdırsaq, bu müqavilədə həll olunmamış qalan mümkün maddələr olacaq. Elə ölkələr yoxdur ki, onların münasibətləri vahid müqavilə ilə tənzimlənsin”.
Rəsmi Bakı isə erməni tərəfinin bu mövqeyini absurd hesab edir. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Çünki İrəvanın sülh sazişi layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit olunmuş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır.
Tarixi faktdır - indiki Ermənistan tarixi torpaqlarımızda yaradılıb
Guya Azərbaycanın Konstitusiya Aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə Paşinyanın iddialarına gəlincə, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi yolverilməzdir və heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Tarixi faktdır ki, indiki Ermənistan Azərbaycan ərazilərində yaradılıb. Amma bu, hazırda ölkəmizin Ermənistana qarşı ərazi iddiasında olması anlamına gəlməməlidir. Əksinə, ermənilərin özləri də anlamış olurlar ki, indiki dövlətlərinin mövcud olduğu ərazilər əslində, tarixən Azərbaycan xalqına məxsus olub.
Qeyd edək ki, Paşinyanın sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında yer alan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. XİN-in rəsmi nümayəndəsi A.Hacızadənin dediyi kimi, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Eləcə də, Almatı Bəyannaməsi çərçivəsində Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə erməni baş nazirin açıqlamasına gəldikdə, Paşinyanın təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq yerinə düşər.
Ermənistan rəsmiləri, o cümlədən N.Paşinyan regionda kommunikasiyaların açılması məsələsində də beynəlxaql ictimaiyyəti çaşdırmağa çalışır. Kommunikasiyaların açılması 10 noyabr üçtərəfli bəyanatına əsasən Ermənistanın üzərinə götürdüyü öhdəlikdir və sənəddə konkret müddəalar göstərilib. Üçtərəfli Bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin necə təşkil ediləcəyi açıq-aydın yazılıb. Lakin rəsmi İrəvan hələ də bu öhdəliyi yerinə yetirmir.
Cinayətkarlar “hərbi əsir” kimi təqdim edilə bilməz
Bundan əlavə, Ermənistan müharibə cinayətləri törətmiş separatçıların azad olunmasını istəyirsə, bu baş verməyəcək. Onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Həmin cinayətkarları “hərbi əsir” kimi təqdim etmək cəhdi qəbulolunmazdır. XİN rəsmisinin dediyi kimi: “Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hamısını Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub”.
Paşinyanın həmçinin sözügedən forumda 2023-cü ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarmayan Ermənistanın guya qaçqın və məcburi köçkünlərlə üzləşdiyini və Qarabağ ermənilərinə qarşı etnik təmizləmə həyata keçirildiyini iddia etməsi də reallıqların aşkar təhrif olunmasıdır. Bütün dünyaya məlumdur ki, 2023-cü il antiterror tədbirlərindən sonra erməniəsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçüblər.
Göründüyü kimi, belə yanaşmaları ilə Ermənistan hakimiyyəti sülhə maraqlı olmadığını nümayiş etdirir. Bu halda, bölgədə yeni gərginliklər baş verə bilər ki, bu da ilk növbədə İrəvan üçün ciddi problemlər yaradacaq. Ona görə də, Ermənistan Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan şərtlərinə əməl edərək sülh sazişini imzalamalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

