Qardaş ölkənin iqtisadi humanizmi
01.11.2024 [07:52]
Türkiyə Azərbaycanı yüksək gömrük tarifləri siyahısından azad edib
Türkiyə Nazirlər Kabineti ölkənin gömrük tarifləri ilə bağlı yeni qaydalar müəyyən edib və qərara əsasən, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmayan bütün ölkələrdən idxal olunan bəzi sənaye mallarına əlavə rüsumların tutulması nəzərdə tutulur. Bu, ölkədə milli sənayenin inkişafına təkan vermək və yerli sənayeçilərin rəqabət imkanlarını artırmaq məqsədi daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsünə əsasən, Azərbaycan həmin ölkələr qrupuna daxil edilməyib və Türkiyə hökumətinin qərarına əsasən, ölkəmizdən idxal edilən həmin məhsullar üçün əlavə gömrük rüsumlarının tutulması nəzərdə tutulmur. Bu qərar iki qardaş ölkə arasında iqtisadi münasibətlərin müasir keyfiyyətini göstərməklə, qarşılıqlı iqtisadi güzəşt tədbirləri kursuna xidmət edir.
“Preferensial Ticarət Sazişi” gömrük rüsumlarını azaltmaqdadır
Türkiyə hökuməti Azərbaycanla iqtisadi əlaqələrin yeni inkişaf xəttinə uyğun olaraq, gömrük, ticarət, vergi və digər sahələrdə yumşaldıcı və təşviqedici, habelə optimallaşdırıcı siyasət yürütməyə qərar verib və son 2 ildə bu istiqamətdə ardıcıl qərarlar qəbul edilməkdədir. Eyni zamanda, Azərbaycan tərəfindən qardaş ölkənin milli iqtisadi maraqlarına və mənafeyinə xidmət edən davamlı iqtisadi siyasət yürüdülməkdədir. Ümumiyyətlə, iki qardaş ölkə iqtisadiyyatlarını inkişaf etdirmək üçün son illərdə qarşılıqlı xarici investisiyaların həcminin artırılması, iqtisadi-ticari dövriyyənin yüksəldilməsi, biznes icmaları arasında daha çox layihələrin icrası və işgüzar münasibətlərin səmərəliliyinin təmin edilməsi istiqamətində iradəli addımlar atmaqdadır. 2022-ci ildə qarşılıqlı olaraq qüvvəyə minən “Preferensial Ticarət Sazişi” mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, qeyri-tarif maneələrinin aradan qaldırılması, ticarətin genişləndirilməsi və təşviqi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması üçün hüquqi əsaslar formalaşdırıb. Nəticədə ötən 2 ildə idxal və ixrac olunan bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumları qarşılıqlı olaraq azaldılıb.
2023-2024-cü illərdə hər iki ölkə tərəfindən yeni iqtisadi güzəşt və optimallaşma tədbirləri həyata keçirilib ki, onların sırasında Preferensial Ticarət Sazişinin güzəştləri müəyyən edən çərçivəsinin genişləndirilməsi mühüm yer tutur. Bu çərçivəyə əsasən, gömrük rüsumlarının azaldıldığı malların sayı və çeşidi genişləndirilib.
Növbəti mərhələdə Preferensial sazişdə nəzərdə tutulan güzəştli mal qrupunin siyahısının daha da artırılması və rüsumsuz məhsulların çeşidinin 30-dan 50-yə qaldırılması gözlənilir ki, bu iqtisadi dövriyyənin daha da yüksəlməsini təmin edəcək.
İkiqat vergitutmanın aradan qaldırılması investisiya təşviqinə yol açır
2024-cü il fevralın 19-da Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı iki ölkə arasında imzalanan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş vergi-investisiya təminatları baxımından mühüm əhəmiyyət kəsb edib. Türkiyə və Azərbaycan bu sənədə imza atmaqla investisiyaların axınını artırmaq və biznesin müdafiəsinə sadiqliyini nümayiş etdirib.Vergi sazişi hüquqi-iqtisadi müstəvidə yeni sərmayə və biznes fəallığı üçün böyük əhəmiyyət daşıyır. İndiyə qədər belə bir sazişin qüvvədə olmaması dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir edir, iqtisadi əlaqələrin hərarətinə maneə törədirdi. Xüsusilə də özəl sərmayələrin axınını ləngidirdi. Bu baxımdan ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş Türkiyə və Azərbaycanın investorlarının qarşılaşdıqları narahatlıqları tam aradan qaldırır, onların asan və maneəsiz sərmayə planlarını həyata keçirməsini təmin edir.
Saziş investisiya güzəştləri, stimullaşdırma tədbirlərini də nəzərdə tutur ki, bu da yaxın müddətdə Türk sərmayəçilərinin Qarabağ və Şərqi-Zəngəzurda investisiya qoyuluşlarını optimallaşdıracaq.
Nəqliyyat-tranizt sahəsində yumşaldıcı rejim tətbiq olunur
Ölkələr arasında digər təşviqedici addım nəqliyyat-tranizt sahəsində yumşaldıcı rejimin tətbiqidir ki, bu sahədə də gündəlikdə duran məsələlər müsbət məcrada həll olunmaqdadır. Azərbaycana daxil olan Türkiyə avtodaşıyıcılarından alınan bəzi yol vergiləri və rüsumları ləğv olunub. Eyni zamanda, avtomobil daşımaları üçün mübadilə edilən icazə blanklarının sayı əhəmiyyətli dərəcədə artırılıb.
2024-cü ilin may ayında Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Saziş çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılıb. Bu, hüquqi çərçivə hər iki ölkənin idxallla məşğul olan biznes tərəfdaşları və ixracatçıları üçün daha asan gömrük rejiminin təmin edilməsində yeni imaknlar açıb. Prezident Rəcəb Tayyib Ərdoğanın cari ilin iyul ayında təsdiqlədiyi sənədlə Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiqi bir qədər də artırılıb. Bu qərar da iqtisadi dinamikların daha da artırılmasını təşviq etmək məqsədi daşıyır.
Ümumilikdə, Türkiyə və Azərbaycanın qarşılıqlı olaraq müxtəlif iqtisadi-ticari alətlərə geniş yer verməsi iqtisadi siyasətin mühüm hədəfi olmaqla, əmtəə dövriyyələrini artırmağa xidmət edir. Tərəflərin müəyyənləşdirdiyi yeni iqtisadi kursun əsas ana hədəflərindən biri ticarət dövriyyəsinin həcminin 15 milyard dollara yüksəldilməsidir. Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, bu hədəfə çatmaq üçün digər iqtisadi planlar həyata keçiriləcək. Qeyd edək ki, 2023-ci ildə Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsinin həcmi 7,7 milyard dollara yaxın olub. Azərbaycan qardaş ölkəyə 5,4 milyard dollar həcmində məhsul ixrac edib, Türkiyədən isə 2,3 milyard dollarlıq mal idxal edib. İki il əvvəl mal mübadiləsinin həcmi təxminən 4,5 milyard dollar idi. Azərbaycan və Türkiyə son 2 ildə ən mühüm dövlət sazişləri olan “Şuşa Bəyannaməsi”ni və “Preferensial Ticarət Sazişi”ni imzalamaqla iqtisadi imkanları daha da böyüdüb.
İqtisadi hədəf ticarət dövriyyəsini 15 milyard dollara yüksəltməkdir
Ticarət dövriyyəsinin həcminin daha 2 dəfə artırılması və dövlət başçıları tərəfindən qoyulmuş hədəfə nail olmaq üçün hökumətlər birgə səylərini artıraraq davamlı olaraq əlavə iqtisadi motivasiyalardan və institisional alətlərdən istifadə edib. 2024-cü il mayın 8-də Ankarada keçirilən Türkiyə-Azərbaycan İqtisadi komissiyasının 11-ci iclasında Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatmasını təmin edən mühüm sənədlər imzalayıblar. Sənədin əsas bəndlərindən biri həm idxalda, həm ixracda, həm də ticarət dövriyyəsində artımları stimullaşdıran mexanzimlərdən istifadədədir. Bu məqsədlə hər iki tərəf əsas tərəfdaşlar kimi ölkələrin potensiallarını vergi-gömrük, institisional yollarla artırmağa qərar verib. Hökumət başçılarının imzaladığı Fəaliyyət Planı sənədi iqtisadi əməkdaşlığın yeni “Yol xəritəsi”nin əsas detallarını müəyyənləşdirir.
Beləliklə, yeni imzalanan sazişlər, güzəşt və iqtisadi optillaşdırma mexanzimləri Türkiyə və Azərbaycan arasında ana hədəfə - əmtəə dinamikasının 2027-2028-ci illərdə 15 milyard dollara yüksəlməsini təmin edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17
Siyasət
07 Dekabr 10:37
İqtisadiyyat
07 Dekabr 10:29
İqtisadiyyat
07 Dekabr 10:18
Siyasət
07 Dekabr 10:07
Siyasət
07 Dekabr 09:57
MEDİA
07 Dekabr 09:51
İqtisadiyyat
07 Dekabr 09:46
Xəbər lenti
07 Dekabr 09:41
Ədəbiyyat
07 Dekabr 09:34
Analitik
07 Dekabr 09:32
Elm
07 Dekabr 09:18
Dünya
07 Dekabr 09:12
Ədəbiyyat
07 Dekabr 09:09
Sosial
07 Dekabr 08:45
Sosial
07 Dekabr 08:37
Dünya
07 Dekabr 08:15
Dünya
07 Dekabr 07:53
Mədəniyyət
06 Dekabr 23:44
Xəbər lenti
06 Dekabr 23:31
Xəbər lenti
06 Dekabr 23:17
Xəbər lenti
06 Dekabr 22:58
Sosial
06 Dekabr 22:36
Xəbər lenti
06 Dekabr 22:15
Dünya
06 Dekabr 21:51
İqtisadiyyat
06 Dekabr 21:39
İqtisadiyyat
06 Dekabr 21:18
Hadisə
06 Dekabr 20:57
Sosial
06 Dekabr 20:36
Ədəbiyyat
06 Dekabr 20:35
Ədəbiyyat
06 Dekabr 20:29
Siyasət
06 Dekabr 20:15
Siyasət
06 Dekabr 19:56
Siyasət
06 Dekabr 19:53
İdman
06 Dekabr 19:52
Xəbər lenti
06 Dekabr 19:34
Sosial
06 Dekabr 19:12
Siyasət
06 Dekabr 18:36
YAP xəbərləri
06 Dekabr 18:27
Gündəm
06 Dekabr 18:26