/ / Ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub
Ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub
03.04.2013 [01:43]
Əli Əhmədov: Bu inkişafın dayanıqlı, əbədi olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha sıx birləşməkdən ibarətdir
Bu, bir gerçəklikdir ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi rasional strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bugünkü dinamik inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır.
Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirlər. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov Sabirabad rayonunda partiyanın fəalları ilə keçirdiyi görüş zamanı qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub: “Bütün bunlar isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir”.
Əlbəttə, bütün bunları sübut etmək üçün, sadəcə, ölkəmizdə mövcud olan iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitlik amilinə diqqət yetirmək lazımdır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran başlıca komponentlərdən biri qismində dinamik iqtisadi inkişaf çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi tendensiyası, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir.
Digər tərəfdən, güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən digər amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir.
Bunlarla yanaşı, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi şərtləndirən digər bir faktor mütəmadi surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Bunu sübut edən bariz dəlillərdən biri budur ki, ölkəmizdə həyata keçirilən seçkilər Azərbaycanın demokratik inkişafına mühüm töhfələr bəxş edən fundamental faktor qismində çıxış edir. Bu da nəticə etibarilə ölkəmizdə vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması və hüquqi dövlətin əsaslarının daha da möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir sözlə, dövlət tərəfindən həyata keçirilən siyasi-hüquqi islahatlar birmənalı şəkildə sabitlik mənbəyi qismində çıxış edir.
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək.
Nəticə etibarilə, bundan öncə də qeyd etdiyimiz kimi, Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin adı iqtisadi inkişaf və sabitliklə assosiasiya olunur və dövlətimizin başçısı alternativsiz lider kimi çıxış edir. Yeri gəlmişkən, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov martın 30-da Saatlı rayonunda partiyanın fəalları ilə görüşü zamanı bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan dövlətinin, Heydər Əliyev siyasi xəttinin əsl qayəsi bundan ibarətdir ki, insanlar normal, sabit, təhlükəsiz şəraitdə, xoşbəxt yaşasınlar: “İnsanların yaxşı yaşaması onların təbii haqlarıdır. Əldə olunan nailiyyətlər, əhalinin həyat səviyyəsinin yüksəlişi dinamik, stabil iqtisadiyyatımızın düzgün, müdrik şəkildə idarə olunmasıdır. 10 il ərzində 20 dəfə büdcəsi artan Azərbaycanın hesabında bu gün 20 milyard manat vəsaiti var. Həll olunan problemlər imkanlarımızın artmasından irəli gəlir. Bu inkişafın dayanıqlı, əbədi olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha sıx birləşməkdən ibarətdir”.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

