“Müharibə məşqi”, yoxsa yeni “dost” axtarışı?
18.02.2025 [10:44]
İrəvan yenə də manipulyasiya edir
Cənubi Qafqazdakı sülh prosesi mühüm bir mərhələni arxada qoyub - artıq sülh sənədinin cəmisi bir neçə müddəası üzərində danışıqlar aparılır, digər məsələlər razılaşdırılıb. Azərbaycanın qəti mövqeyi, eyni zamanda beynəlxalq qanunlara əsaslanan ədalətli yanaşması sülhün reallaşması üçün münbit zəmin yaradıb.
Bununla belə, Ermənistan yenə də özünün məkrindən əl götürmək istəmir - hətta məqam düşdükcə, revanşist arzularını bu və ya digər şəkildə ifadə edir. Məsələn, fərqli ölkələrlə keçirilən birgə hərbi təlimlər erməni mediasında çox zaman “müharibə məşqi” kimi təqdim olunur, eyni zamanda təlimləri təşkil edən dövlətlər Ermənistanın dəstəkçisi elan edilir. Başqa sözlə, Ermənistanın qeyri-konstruktiv davranışları yenə də davam edir. Təbii ki, bu “mesajlar” bölgədə narahatlıq yaratmaqla yanaşı, həm də İrəvanla hərbi müttəfiqlik statusunda olan dövlətlərə tərəf “mesaj göndərmək” kimi anlaşılır ki, bu da müsbət heç nə vəd etmir.
Eyni zamanda, Aİ-nin mülki missiya adı altında fəaliyyət göstərən qrupu da sülh üçün ümid yaranan kimi şərti sərhəddə səfər edir - təbii ki, bu da ümumi prosesə ziyandan başqa heç nə vermir...
Yenə də “təlim”...
Yeri gəlmişkən, Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı “Hoenfels” hərbi bazasında keçirilən “Joint Resolve-2025” hərbi təlimlərində iştirak edib. Məlumata görə, Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.
Bu məsələ isə Ermənistan tərəfindən ABŞ ilə “müttəfiqliyin” göstərcisi kimi irəli sürülür. Bu isə açıq şəkildə sülh prosesinin inkişafına zərər vurur. Qeyd edək ki, ötən ilin yayında Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri keçirilmişdi. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirdilər. Ermənistanda hərbi bazası olan Rusiyanı da qıcıqlandıran bu hərbi əməkdaşlığın intensiv xarakter alması təbii ki, narahatlıq doğurur.
Daxili auditoriya üçün...
Bəllidir ki, bu kimi təbliğatın aparılması indiki halda daha çox daxili auditoriyaya yönəlib. Ermənistanda keçirilən sosioloji sorğular göstərir ki, bu il üçün proqnozlaşdırılan növbədənkənar seçkilərin nəticələri hazırki hakimiyyət üçün heç də xoş olmayan sürprizlər hazırlayır. Başqa sözlə, Ermənistan ictimaiyyətinin siyasi hakimiyyətə inamı zəifləyib. Xüsusilə, Rusiya ilə əlaqlərin soyuqlaşmasından sonra erməni xalqı Paşinyanın “Qərb yolu” seçməsini birmənalı qarşılamır. Təsadüfi deyil ki, son günlərdə sosial şəbəkələrin erməni seqmentində revanşist açıqlamalar səsləndirilir - xalq həm də Paşinyan hakimiyyətinin atdığı addımlardan narazıdır. Onlar Ermənistanın Qərbin “arxa bağçası”na çevrilməsinə etiraz edirlər, sülhün imzalanmamasından narahatlıq ifadə olunur. Avropanın ermənipərəst “orkestri”nin apardığı təbliğatın korporativ maraqlardan qaynaqlandığı erməni xalqı tərəfindən açıq şəkildə bildirilir - gah ABŞ, gah da Aİ çərçivəsində nələrisə əldə etmək istəyən İrəvan ancaq itirə-itirə gedir. Eyni zamanda, bu hal hakimiyyətin Ermənistan daxilində siyasi dayaqlarının sıradan çıxmasını şərtləndirir- göründüyü kimi, son çarə kimi Ermənistanın ABŞ ilə “hərbi müttəfiqliyi” mövzusu gündəmə gətirilir. Bunun üçün də adıçəkilən formatlı adi hərbi təlimlər şişirdilərək xalqa təqdim edilir.
Aİ müşahidəçiləri nəyə baxır?
Bu davranışlar isə onu göstərir ik, Paşinyan dildə “sülh” haqqında danışsa da, arxa planda yenə də fərqli maraqlar axtarışındadır. Xüsusilə, sülh prosesinə ziyan vuran silahlanma, hərbi təlimlər və “durbinçilər dəstəsi” Ermənistan daxilində öz aktuallığını saxlamaqdadır. Nə verilən silahlar geri qaytarılmır, nə də Aİ-nin mülki ad altında fəaliyyət göstərən qrupundan imtina edilmir. Hələ üstəlik, sülhlə bağlı ümid yaranan kimi həmin “durbinçilər” Ermənistan ilə Azərbaycan arasındakı şərti sərhəddə peyda olurlar. Yeri gəlmişkən, bu dəfə “missiya Qubadlı ərazisini “müşahidə edib”. Belə ki, onlar fevralın 13-də Qubadlı rayonu ilə həmsərhəd zonada müşahidə aparıblar. Avropalı müşahidəçilər binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər. Qeyd edək ki, Azərbaycan sərhədçiləri ənənəvi olaraq, Müşahidə Missiyasının hərəkətlərini müşahidə altında saxlayıb və qeydə alıb.
Təəssüfləndirici haldır ki, Aİ-nin Ermənistandakı missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır. Bu faktla sübuğ olunub - Azərbaycan bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə bir neçə dəfə məlumat və görüntülər yayıb. Görünən budur ki, Ermənistan hələ də özünün himayədarlarının arxasında gizlənərək fərqli oyunlara ümid etməkdədir. Amma bu, heç bir effekt verməyəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Mart 10:20
Dünya
10 Mart 10:13
Dünya
10 Mart 09:56
Gündəm
10 Mart 09:36
Gündəm
10 Mart 09:23
Dünya
10 Mart 09:22
Dünya
10 Mart 09:10
Dünya
10 Mart 08:45
Sosial
10 Mart 08:24
Dünya
10 Mart 08:19
Dünya
10 Mart 07:50
Mədəniyyət
10 Mart 07:41
Dünya
10 Mart 07:32
Dünya
10 Mart 07:05
Dünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22
Dünya
09 Mart 10:19
Elm
09 Mart 09:22
Dünya
09 Mart 08:35
Dünya
09 Mart 08:12
Gündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
YAP xəbərləri
08 Mart 10:24
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51

