Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir
07.10.2013 [09:55]
Qurumun Donetsk şəhərində baş tutan toplantısında bəyanat qəbul edilib
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Donetsk şəhərində keçirilən toplantısında oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edilib. Toplantıda bununla bağlı qəbul olunan bəyanatda bildirilir ki, “müstəqil Azərbaycan Respublikası, eyni zamanda, bu gün dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların doğma Vətəni, güvənc və inam yeridir. Biz harada yaşamağımızdan asılı olmayaraq, gözəgörünməz mənəvi tellərlə bu torpağa, bu yurda bağlıyıq və burada baş verən bütün ictimai-siyasi, iqtisadi-mədəni hadisələri hər zaman maraqla izləyirik. Biz böyük Vətənimizin gündən-günə inkişaf etdiyinin, müxtəlif sahələrdə uğurlar qazandığının şahidiyik və buna ürəkdən sevinirik. Bilirik ki, xalqımızın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin müqəddəs dövlətçilik ənənələrinin, Azərbaycanımızın suverenliyinin qorunması, onun müvəffəqiyyətlə və qətiyyətlə dünyaya inteqrasiyası, vətəndaşlarımızın hüquqlarının müdafiəsi, onların rifahının yüksəldilməsi bilavasitə cənab İlham Əliyevin xidmətlərinin, gərgin və məhsuldar fəaliyyətinin nəticəsidir. Bu gün biz doğmalarımızın yanına-Azərbaycana gələndə, nəinki Bakının, həm də ayrı-ayrı rayonlarımızın tanınmaz dərəcədə dəyişdiyini, gözəlləşdiyini görürük”.
Daha sonra bəyanatda qeyd olunur ki, bu gün müasir Azərbaycan sürətlə dəyişir və yurdumuza gələn qonaqlar öz heyranlıqlarını bildirirlər. Bildirilir ki, bu uğurları, nailiyyətləri qazanmaq o qədər də asan başa gəlməyib. Bu möhtəşəm işlərin arxasında cənab İlham Əliyevin sonsuz əməyi dayanır.
Yeri gəlmişkən, bəyanatda Prezident İlham Əliyevə müraciət də yer alıb. Müraciətdə deyilir: “Siz respublika Prezidenti kimi bundan sonra da Ulu öndərin tutduğu yolla daha inamla addımlamalı, həm 20 ildən bəri Qorbi düyünü kimi dolaşığa düşən Qarabağ məsələsini çözmək üçün müntəzəm olaraq siyasi mübarizə aparmalı, həm də xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı təminatçısı və müdafiəçisi olmaq missiyasını həyata keçirməlisiniz. Əminliklə deyə bilərik ki, Siz sadaladığımız və sadalamadığımız minlərlə həyati əhəmiyyətli məsələlərin həlli üçün əlinizdən gələni əsirgəmirsiniz”.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi onu da bəyan edir ki, “xaricdə yaşayan azərbaycanlı olaraq biz tarixi Vətənimizlə əlaqələrimizin bundan sonra da güclənməsinin arzusundayıq və istəyirik ki, gələcəkdə də məhz cənab İlham Əliyevin dəstəyi ilə yaşadığımız ölkələrdə doğma Vətənimizi layiqincə təmsil etmək naminə səfərbər olaq. Bu gün biz Azərbaycandan, Bakıdan çox-çox uzaqlarda-Donetsk şəhərində Ukraynada yaşayan bacı və qardaşlarımızın cənab Prezidentimiz İlham Əliyevə olan böyük məhəbbət və ehtiramını bir daha izhar etmək üçün bir araya toplaşmışıq”.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sözügedən bəyanatı bu fikirlə yekunlaşır: “Qazandığınız bu el məhəbbəti təqdirəlayiqdir, biz Sizi təbrik edirik! Sizə güvənirik və inanırıq ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində müdrik xalqımız yenə öz düzgün seçimini edəcək. Çünki biz harada yaşamağımızdan asılı olmayaraq, istər böyük Vətənimiz Azərbaycanda, istərsə də ikinci Vətən saydığımız qürbətdə, yaxşı bilirik ki, bizi birləşdirən, bizi millət, xalq kimi həmişə ucalara qaldıran, şərəfləndirən Azərbaycan adlı bir məmləkətimiz var! Onun gələcək taleyi isə növbəti seçkilərdə Sizin namizədliyinizə “Hə!” deyəcək hər bir şüurlu və mübariz vətəndaşımızdan asılıdır! Biz də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi olaraq Sizi dəstəkləyir, Sizi müdafiə edir, xarici ölkələrdə yaşayan çoxmilyonlu soydaşlarımız adından Sizə doğma Azərbaycanımızın rifahı naminə hər zaman, hər yerdə uğurlar arzulayırıq! Tanrı Sizi qorusun! Qələbələr hər zaman Sizinlə olsun!”.
Qeyd edək ki, sözügedən bəyanat bu ilin sentyabrın 16-da Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ukraynada yaşayan azərbaycanlılarla təşkil etdiyi görüşdə iştirak edən 315 nəfər tərəfindən imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

