Bakıda Azərbaycan-ABŞ İKT Forumu keçirilib
04.12.2013 [08:45]
Dekabrın 3-də Bakı Biznes Mərkəzində 19-cu “BakuTel” Beynəlxalq sərgi və konfransı çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycanın ABŞ-dakı səfirliyinin, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan-ABŞ İKT Forumu keçirilib.
AzərTAc xəbər verir ki, forumu açan Amerika-Azərbaycan Ticarət Palatasının sədri Rza Vəziri ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını yüksək qiymətləndirib, forumun bu münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan ilə ABŞ arasında mövcud əlaqələrdən və əməkdaşlığın inkişaf perspektivlərindən danışıb. Forumun əhəmiyyətini vurğulayan nazir, belə bir tədbirin keçirilməsinin Azərbaycanın İKT, yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurların beynəlxalq aləmdə tanıdılması baxımından vacib olduğunu bildirib. Ə.Abbasov Azərbaycanın böyük enerji potensialı ilə dünyanın bir çox ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının diqqətini cəlb etdiyini söyləyib.
“Lakin enerji Azərbaycan üçün uzunmüddətli siyasətin əsası deyildir. İndi hamımızı düşündürən bir sual var - enerjidən sonra Azərbaycanı necə görürük? Siyasətimizin əsas istiqamətlərindən biri də Azərbaycanı enerji asılılığından azad etməkdir. Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir”, - deyə nazir bildirib.
Qeyd olunub ki, ölkədə qeyri-neft sektorunun inkişafında əsas məsələ insan amili, gənclərin xarici ölkələrdə təhsilidir ki, Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət yetirir. Nazir, həmçinin Azərbaycan hökumətinin istənilən böyük layihəni dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Azərbaycanın uğurlu iqtisadi siyasətini qeyd edərək, bu sahənin sürətli inkişafının İKT sektoruna da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Səfir forumun və tədbirdə çoxsaylı ABŞ şirkətlərinin nümayəndələrinin iştirak etməsini ölkələrimiz arasında İKT sahəsində əlaqələrin inkişafının bariz nümunəsi olduğunu diqqətə çatdırıb, bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

