/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə genişmiqyaslı xeyriyyə aksiyası keçirib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə genişmiqyaslı xeyriyyə aksiyası keçirib
25.12.2013 [09:51]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində Moskvada genişmiqyaslı xeyriyyə aksiyaları keçirib.
Heydər Əliyev Fondu və onun Rusiya nümayəndəliyi əlamətdar günlərdə və bayramlarda xəstə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları diqqət və qayğıdan kənarda qoymur. Bu dəfə də Fondun Rusiya nümayəndəliyinin əməkdaşları ənənələrinə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskva uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzində, eləcə də Moskvadakı 43 nömrəli Xüsusi Uşaq Evində olublar. Uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzi artıq 10 ildir ki, körpə və 18 yaşınadək uşaqlara xüsusi tibbi yardım göstərir. Burada anadangəlmə inkişaf qüsurları və kəllə-çənə-üz nahiyəsinin, eləcə də hərəkət-dayaq aparatının deformasiyası olan, bədxassəli və xoşxassəli şişlərin bütün növlərindən və digər xəstəliklərdən əziyyət çəkən uşaqların kompleks reabilitasiya müalicəsi aparılır.
Fondun əməkdaşlarını səmimi qarşılayan Mərkəzin rəhbəri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Kompleksin qış bağında bayram konserti keçirilib, klounlar, estrada artistləri, Moskvanın uşaq yaradıcılıq kollektivlərinin üzvləri uşaqların və valideynlərin qarşısında çıxış ediblər. Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə alan uşaqlarla görüşüb, onlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın salamlarını çatdırıblar. Şaxta baba və Qar qız uşaqlara müxtəlif oyuncaqlar və kitablar, bayram səbətlərində şirniyyatlar, çay və mürəbbə hədiyyə ediblər. Mərkəzə tozsoran və digər məişət texnikası, bir çox başqa hədiyyələr təqdim edilib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları 43 nömrəli Moskva Xüsusi Uşaq Evində də olub, orada Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil ediblər. Diqqət və qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qarşıdan gələn Yeni İl münasibətilə təbrikləri çatdırılıb. Şaxta baba və Qar qızın iştirakı ilə maraqlı bayram proqramından sonra balacalara Şərq şirniyyatları, meyvə, kitab və oyuncaqlar, uşaq evinə isə kondisioner hədiyyə olunub. S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları “Biri var idi, biri yox idi” musiqili tamaşasını göstəriblər. Uşaq Evinin direktoru Qalina Birk kollektivin adından Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın daha 20 regionunda oxşar xeyriyyə aksiyaları keçirilir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu cür xeyriyyə aksiyaları tez-tez keçirir, valideyn himayəsindən məhrum və xəstə uşaqları sevindirir. Bu aksiyalar Fondun fəaliyyət və iş istiqamətlərindən birinin məntiqi davamıdır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

