/ / Fransanın “Agoravox” portalında Azərbaycanın sürətli inkişafından bəhs edən məqalə yerləşdirilib
Fransanın “Agoravox” portalında Azərbaycanın sürətli inkişafından bəhs edən məqalə yerləşdirilib
29.04.2014 [09:12]
Fransanın “Agoravox” portalında Azərbaycanın sürətli inkişafından bəhs edən məqalə yerləşdirilib.
Məqalədə qeyd olunur ki, Azərbaycan sabit iqtisadiyyatı, zəngin mədəniyyəti olan bir ölkədir. Uzun müddət sovet imperiyasının tərkibində olmasına baxmayaraq, bu ölkə öz mədəni dəyərlərini qoruyub saxlayıb. Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda son illər böyük dəyişikliklər baş verir. Çoxşaxəli mədəniyyətə malik bu ölkədə böyük quruculuq işləri aparılır.
Müəllif yazır ki, müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda yaradılıb, ölkədə Qərb təsisatlarının formalaşması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda bir çox Avropa ölkələrindən, eləcə də Fransadan xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verilib.
Yazıda diqqətə çatdırılır ki, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ölkədə Avropa siyasi mədəniyyətinə maraq artıb, 1920-ci ildə isə bolşeviklərin istilası ilə əlaqədar Qərb istiqamətli quruculuq işləri dayandırılıb. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada din dövlətdən ayrıdır.
Qeyd edilir ki, yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycanda turizm sektoru son illər sürətlə inkişaf edir. “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsi dünya ictimaiyyətinin Azərbaycanda bütün sahələrdə gedən inkişafın şahidi olmasına şərait yaratdı.
Məqalədə Azərbaycanın Ermənistan istisna olmaqla Türkiyə, İran, Rusiya və Gürcüstan ilə mehriban qonşuluq münasibətləri qurduğu bildirilir. Azərbaycan-Fransa əlaqələrindən bəhs edən müəllif yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verdiyini diqqətə çatdırır.
Məqalədə Azərbaycanda qadınların cəmiyyətdə daha çox təmsil olunmaları ilə bağlı qanunlar qəbul edildiyi xüsusi vurğulanır. Bildirilir ki, bu qanunlar qadınların cəmiyyətdə mühüm yer tutmalarına şərait yaradıb.
Qeyd edilir ki, Azərbaycan tarixi və mədəni dəyərlərini qoruyub saxlamaqla yanaşı, həm də sürətlə müasirləşir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25

