/ / Siyavuş Novruzov: “Rus təhlükəsi” adı altında müraciət hazırlayıb imzalayanlar birbaşa Rusiya agenturasına xidmət edən insanlardır
Siyavuş Novruzov: “Rus təhlükəsi” adı altında müraciət hazırlayıb imzalayanlar birbaşa Rusiya agenturasına xidmət edən insanlardır
29.04.2014 [09:13]
“Rus təhlükəsi” adı altında müraciət hazırlayıb imzalayanlar birbaşa Rusiya agenturasına xidmət edən insanlardır”. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Media forum” saytına belə deyib.
Siyavuş Novruzovun fikrincə, müraciət müəlliflərinin məqsədi Rusiyanın diqqətini Azərbaycana cəlb etməkdir: “Rusiya-Ukrayna münaqişəsi yeni başlayan dövrdə Müsavat Partiyasından bir qrup Krıma gedirdi. Guya Krım tatarlarını müdafiə edəcəkdilər. Halbuki həmin vaxt Krım tatarları ilə bağlı məsələ aktual deyildi, gündəmdə başqa mövzular vardı. Təbii ki, onlar Krımda heç bir iş görə bilməyəcəkdilər. Sadəcə olaraq Rusiyanın, rus mətbuatının, Vladimir Jirinovski kimi adamların diqqətini Azərbaycana yönəltmək üçün belə addımlar atırlar. Krıma getməyə cəhd göstərmək də Rusiyaya dəstavüz verməkdən ibarət idi. Bu gün də “rus təhlükəsi” adı altında bəyanat hazırlayıb imzalamaqla yenidən Rusiyanın diqqətini Azərbaycana cəlb etməyə var qüvvələri ilə cəhd göstərirlər.
Məgər dövlətin təhlükəsizlik orqanları yoxdur? Bu məsələləri araşdırmır? Təhlükəsizlik Şurası, dövlətin başqa strukturları, hakim partiya, siyasi analitiklər və digər təşkilatlar da bu məsələləri araşdırırlar. Onlar nəyi nə zaman və necə etməyi gözəl bilirlər. Müraciət imzalayanların məqsədi isə şou göstərmək və Rusiyanın diqqətini Azərbaycana cəlb etməkdir”.
YAP İcra katibinin müavini bildirib ki, müraciəti imzalayanlar şəxsi maraqlarını həyata keçirməyə çalışırlar: “Onların məqsədi Azərbaycanın müstəqilliyini qorumaq, ölkəyə dəstək vermək deyil, şəxsi maraqlarını reallaşdırmaqdır. Azərbaycanda vətəndaş həmrəyliyi, birliyi var, insanlar bir-biri ilə həmrəydir və dövlətin ətrafında birləşiblər. Bir-iki partiya sədri cəmiyyətdən kənarda qalıb, çünki cəmiyyət onları qəbul etmir. Cəmiyyət onları bu cür əməllərinə görə təcrid edib. Ona görə də özlərinə həmrəylik axtarırlar. Həmrəy olmaq istəyirlərsə, gəlib cəmiyyətlə birləşsinlər”.
Siyavuş Novruzov hesab edir ki, Azərbaycanda təslimçilik əhval-ruhiyyəsinin yayılması və Rusiyaya meylliliyin güclənməsi haqda deyilənlərin əsası yoxdur. O qeyd edib ki, müstəqil Azərbaycanda yaşayan insanlar, hər bir vətəndaş, xüsusən də gənclər dövlət müstəqilliyinin qədrini bunun nəyin bahasına başa gəldiyini, müstəqillik yolunda nə qədər əzab-əziyyət çəkildiyini anlayırlar: “Əhalinin 90 faizindən artığı öz müstəqilliyini sevir, qoruyur, buna inanır və Prezidentin ətrafında sıx birləşib”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

