Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Binəqədi rayonunda yanan binanın sakinlərinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir

Binəqədi rayonunda yanan binanın sakinlərinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir

20.05.2015 [09:55]

Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində yanğından zərər çəkmiş sakinləri ziyarət edib və onların vəziyyəti ilə maraqlanıb
Xəbər verildiyi kimi, dünən saat 11-00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, yanğın nəticəsində 14 nəfər həlak olub, 27 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Xəstələrin vəziyyəti ilə maraqlanmaq üçün Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yollandıq.
Şöbənin müdiri, tibb elmləri doktoru Azər Maqsudovun sözlərinə görə, dünən günorta saatlarınadək xəstəxanaya 33 nəfər xəstə gətirilib. Onlardan 6 nəfəri uşaq olub. A.Maqsudov qeyd edib ki, paytaxtda baş vermiş hadisə ilə əlaqədar olaraq şöbə gücləndirilmiş iş rejiminə keçib, istirahətdə olan həkimlər də işə çağrılıb. Xəstələrə operativ yardımlar göstərilib. “Hal-hazırda şöbədə 19 xəstə var ki, onların 4-ü uşaqdır. Qalan xəstələrə zəruri tibbi yardımlar edildi, həyatları üçün heç bir təhlükə olmadığından onlar evlərinə buraxıldı”, - deyə şöbə müdiri vurğulayıb.
A.Maqsudov həmçinin, qeyd edib ki hazırda xəstələrin vəziyyəti orta ağır olaraq qalır: “Tibbi yardım üçün müraciət edən ümumilikdə 33 xəstədən 9 nəfərində fəsadlaşma halları müşahidə olunurdu. Axşam saatlarına olan məlumata görə, onlardan yalnız 2-nin vəziyyəti ağır olaraq qalır. Sabah səhər (bu gün - red.) konsiliumun nəticələrinə görə, xəstələrin vəziyyəti barədə yekun qərar veriləcək. Çox guman ki, onların böyük əksəriyyəti səhhətlərinin yaxşılaşması səbəbindən evlərinə buraxılacaqlar”, - deyə şöbə müdiri vurğulayıb.
Azər Maqsudov daha sonra qeyd edib ki, xəstələrin vəziyyəti daim dövlət rəsmiləri tərəfindən diqqətdə saxlanılır, onlara hərtərəfli qayğı göstrilir: “Xəstələr şöbəyə daxil olandan indiyədək Səhiyyə Nazirliyinin rəhbərliyi buradadır və xəstələrin vəziyyəti ilə maraqlanırlar. Onlara bütün zəruri dərmanlar verilib, xəstələrin qidalanmalarına xüsusi diqqət yetirilir. Axşam olmasına baxmayaraq, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov burada idi. O, palataları gəzərək, yanğından zərər çəkmiş sakinlərin vəziyyəti ilə maraqlandı, lazımi tapşırıqlar verdi”.
Elə xəstələr də onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.
Nigar Yəhyayeva qeyd edib ki, onların mənzili binanın 15-ci mərtəbəsində olub. “Mətbəxdə idim. Bir də gördüm ki, binanı alov bürüdü. Bir anın içində pəncərələr alışıb yandı, otaqlara qara tüstü doldu. Nə edəcəyimizi bilmirdik. Evdə mənimlə birgə qaynanam, qızım, baldızım da var idi. Hamımız tüstüdən zəhərlənmişik. Qızım Leyla yanımdadır. Qaynanam və baldızımın vəziyyəti nisbətən ağır olduğu üçün, onlar reanimasiya şöbəsinə yerləşdiriliblər”.
Nigar Yəhyayevanın sözlərinə görə, əlaqədar dövlət qurumları vaxtında zəruri tədbirlər görməsə idilər, yanğından xəsarət alanların sayı daha artıq ola bilərmiş. “Vaxtında bizi xilas edə bildilər və xəstəxanaya çatdırdılar. Burada bizə hərtərəfli yardım göstərilir, həkimlərin diqqət və qayğısını daim hiss edirik. Buna görə ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk”, - deyə Nigar Yəhyayeva vurğulayıb. O, həmçinin, əlavə edib ki, fövqəladə vəziyyət və bədbəxt hadisələrdən heç bir dövlət sığortalanmayıb. “Belə hallar istənilən ölkədə baş verə bilər. Əsas odur ki, dövlət rəsmiləri, əlaqədar qurumlar bizi darda qoymadılar, vaxtında bizə yardım göstərdilər. İnşallah, mənzillərimizin təmirinə də öz dəstəklərini əsərgəməzlər və biz də tezliklə sağ-salamat öz evlərimizə qayıdarıq”.
Digər müsahibimiz Bilal Rəsulov isə yanan binadan sağ çıxmasını möcüzə hesab edir və hələ də o anların şokunu yaşamaqdadır: “İstirahət günüm olduğu üçün evdə idim. Qohumum qurban kəsəcəkdi deyə, ailə üzvlərim yığışıb onlara getdilər. Təzəcə yuxuya getmişdim ki, bir də gördüm boğuluram, nəfəs ala bilmirəm. Pəncərəyə yaxınlaşmaq istəyirdim ki, alov otağı bürüdü. Mənzilimiz binanın 14-cü mərtəbəsində yerləşir. Qapını açıb aşağı qaçmaq istədim, gördüm pilləkənləri və liftin şaxtasını da alov bürüyüb. Əlacsız qalıb mənzilə qayıtdım. Otaqlara qara tüstü dolmuşdu. Nəfəs almaq mümkün deyildi. Bir onu xatırlayıram ki, boğulurdum, demək olar ki, son nəfəsimi alırdım. Yanğınların arasında xilasediciləri görüb, gözlərimi yumdum. Bir də gözümü açanda başımın üstündə həkimləri gördüm. Sağ olsunlar, məni təkrar həyata qaytardılar. İndi gərək, bu dəfə mən özüm qurban kəsim”.
Bilal Rəsulov, həmçinin, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə, xilasedicilərə minnətdarlığını bildirib. “Buraya gətirildikdən sonra isə həkimlərin diqqət və qayğısını gördük. Dövlət rəsmiləri də palatamızda olublar, vəziyyətimizlə maraqlanıblar. Bütün köməkliklər olunub. Odur ki, bizə göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyev başda olmaqla bütün dövlət rəsmilərinə minnətdarlığımı bildirirəm”, - deyə Bilal Rəsulov vurğulayıb.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31