YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası "dəyirmi masa" görüşü keçirib
20.03.2009 [17:59]
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq festivalının əhəmiyyətindən danışaraq, bu tədbirin dünya mədəniyyətinə yaxşı töhfə olacağını bildirib. Nazir ermənilərin işğal etdiyi ərazilərimizdəki abidələrin qorunması istiqamətində birgə komissiyanın yaradılmasının vacibliyini vurğulayıb.
Görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da Azərbaycan ilə YUNESKO arasındakı əməkdaşlığın əhəmiyyətindən, həyata keçirilən layihələrdən danışıblar.
İlk dəfə 2000-ci ildə ümummilli lider Heydər Əliyevin dəvəti ilə Türkdilli ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün ölkəmizə gəldiyini xatırlayan YUNESKO-nun baş direktoru Koişiro Matsuura Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasındakı əməkdaşlığı yüksək dəyərləndirib. Azərbaycan mədəni irsinin təbliğ olunmasında, inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərindən danışan baş direktor deyib ki, birgə fəaliyyyətin nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunub.
YUNESKO-nun baş direktoru dünya mədəni irsinə verdiyi töhfələrə görə məşhur fırça ustası, Azərbaycanın xalq rəssamı Tahir Salahova təşkilatın adından “Pikasso” medalını təqdim edib. Bildirilib ki, bu medal 1981-ci ildə dünya şöhrətli rəssam Pablo Pikassonun 100 illiyi münasibətilə təsis olunub.
Tahir Salahov böyük rəssamın adını daşıyan bu mükafatın bütünlükdə Azərbaycan incəsənətinə və rəssamlarına verilən qiymət olduğunu deyib. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan incəsənətinin, mədəniyyətinin, musiqisinin təbliğindəki xidmətlərindən, bu sahədə çalışan insanlara göstərdiyi diqqətdən danışıb.
Azərbaycan Respublikasının Milli Komissiyası adından Koişiro Matsuuraya hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

