Ermənilərin dünyada ifşa olunması istiqamətində işlər gücləndirilməlidir
01.04.2009 [11:55]
Dünən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qərargahında 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ermənilərin tarix boyu azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiyini bildirib. O, qeyd edib ki, sovetlər hakimiyyəti dönəmində bu faktlar açıqlanmayıb: “Yalnız ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması haqqında Fərman imzaladı. Məhz bundan sonra, o dövrün tarixi ciddi şəkildə araşdırılmağa başladı”.
A.Qocayevin sözlərinə görə, 1905-ci ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım nəticəsində 2.5 milyon soydaşımız qətlə yetirilib.
YAP Siyasi Şurasının üzvü, professor Həsən Mirzəyev çıxışında soyqırım hadisələri ilə bağlı geniş məlumat verib. O, bildirib ki, bu hadisələrin əsası Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin bölgəyə köçürülməsilə başlayıb. Həmin vaxtlardan etibarən ermənilər öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı qətliamlar törədiblər. H.Mirzəyevin sözlərinə görə, ermənilər 1905-1907, 1918, 1948-1953, 1988 və 1992-ci illərdə azərbaycanlıları qırğına məruz qoyublar. Qətliamlar bir çox əraziləri-Bakı, Lənkəran, Quba, Şamaxı, Naxçıvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər bölgələri əhatə edib və dinc insanlar vəhşicəsinə qətlə yetiriliblər. Soyqırımla əlaqədar elmi araşdırmaların aparıldığını deyən H.Mirzəyev qeyd edib ki, bu işdə hər bir vətəndaş fəal olmalıdır. O, təklif edib ki, bununla bağlı Binəqədi rayon sakinlərinin bildikləri məlumatlar da toplanılsın və sənədləşdirilsin.
AMEA-nın İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanov ermənilərin təkcə azərbaycanlılara qarşı deyil, türklərə, yəhudilərə, avarlara, gürcülərə də qarşı qətliamlar törətdiklərini bildirib. Onun fikrincə, məsələ bu istiqamətdə dünya ictimaiyyətinə çatdırılmalıdır. Belə olarsa, ermənilərin beynəlxalq aləmdə ifşası daha effektli nəticələr verə bilər. “Hazırda vəziyyət belədir ki, bəzi dövlətlər uydurma “erməni soyqırımı”nı tanıyıblar. Əslində, həmin dövlətlər yaxşı bilir ki, belə bir soyqırımı olmayıb. Sadəcə, bu amildən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər” - deyə A.Qurbanov vurğulayıb.
“Erməni Araşdırmaları Mərkəzi”nin rəhbəri Qafar çaxmaqlı soyqırımla əlaqədar tarixi faktları toplantı iştirakçılarının nəzərinə çatdırıb. Tədbirdə daha sonra Laçın rayon İcra Hakimiyyətinin şöbə müdiri Yaqut Cabbarlı, məcburi köçkün Rafiq Quliyev və “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova mövzu ilə əlaqədar çıxış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

