Ermənistan əhalisi acından ölmək təhlükəsi ilə üz-üzə qalıb
15.04.2009 [17:10]
Cəmiyyət bunun günahını cinayətkar Sarkisyan rejimində görür
Serj Sarkisyan siyasi terapiyadan istifadə edir
Müstəqil Dövlətlər Birliyində təmsil olunan dövlətlər arasında ən ağır vəziyyətdə olan ölkə işğalçı Ermənistandır. Dünyada gedən son proseslər isə Ermənistanda onsuz da ağır olan durumu fəlakət həddinə çatdırıb. Daxil olan vəsaitlər azalıb, qiymətlər bahalaşıb, işsizlər isə çoxalıb. Bu barədə məlumat verən “Tert.am” adlı erməni saytının yazdığına görə, “bandit rejiminin hakimiyyətə gətirilməsindən düz bir il ötsə də, indiyə qədər xalqı bu bəladan qurtarmaq üçün heç bir iş görülməyib, əksinə, Sarkisyanın hakimiyyəti dövründə vəziyyət daha da ağırlaşıb”.
Sayt bildirir ki, ölkə əhalisinin acından ölmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə, prezidentin işğalçılıq planlarından ağızdolusu bəhs etməsi erməniləri təhqirdən başqa bir şey deyildir.
“Serj Sarkisyan istefa verməlidir”
Ermənistan Milli Konqresi isə Ermənistan - Türkiyə sərhədlərinin açılacağına dair xəbərlərin erməni diplomatiyasının uğuru kimi şərh edilməsinə münasibət bildirərək, bunu “Yerevandan uzağa getməyən” bəyanat kimi qiymətləndirib. Əslində, Sarkisyanın Qarabağ məsələsində mövqeyini artıq əldən verdiyini söyləyən Milli Konqres quldur Sarkisyanın erməni xalqını biabır etdiyinə görə, istefaya getməli olduğunu xatırladıb: “Əks halda, biz onu buna məcbur edəcəyik”.
Konqresin bəyanatında o da vurğulanıb ki, Sarkisyanın bəyanatları daxili məsələlərdən diqqəti yayındırmaq məqsədi daşıyır və ona görə də, xalqın maraqlarına uyğun deyil.
Ermənilər üçün Bitlzn “köksüz” ifadəsi çox xarakterikdir
Serj Sarkisyanın bəyanatına maraqlı şərh verənlərdən biri isə məşhur Frankfrut Universitetinin professoru Tilman Alertdir. Siyasi və Sosioloji Məsləhətlər İnstitutunun (IPES) dəvəti ilə Ermənistanda olmuş almaniyalı professor Tilman Alert mətbuata verdiyi açıqlamalarda Sarkisyanla erməni xalqı arasında böyük bir fərqin olduğunu, buna görə də onların bir-birini başa düşmədiyini bildirib. Alert ölkədəki problemlərin məhz bu səbəbdən dərinləşdiyini söyləyib. Alert Tilman ermənilərin qonşu ölkələrə qarşı ərazi iddiaları qaldırmasına da münasibət bildirib. Bitlzn “köksüz” (“Yurdsuz adam” - “Nomhere Man”) ifadəsinin ermənilər üçün çox xarakterik olduğunu qeyd edən almaniyalı professor bunu heç də yaxşı olmayan xüsusiyyət kimi dəyərləndirib.
Sarkisyanın işğalçılıq bəyanatlarına ən maraqlı münasibət isə Rusiya mətbuatına məxsusdur. Son dövrlərə qədər ermənilərə sıcaq münasibəti ilə seçilən Rusiya mətbuatı hesab edir ki, Türkiyə-Ermənistan yaxınlaşmasının müsbət nəticələrindən danışmaq tezdir və Ermənistan son nəticədə müttəfiq kimi ABŞ və Türkiyəni deyil, Rusiyanı seçmək zorunda qalacaq. Rusiyada yaşayan ermənilərin böyük əksəriyyətinin Sarkisyanın siyasətinə qarşı çıxdığını açıqlayan mətbuat, bunun ölkənin daxili vəziyyəti ilə əlaqəli olduğunu bildirib: “Onlar narahatdırlar və bilirlər ki, onların ailələri pis vəziyyətdə yaşayır. Ermənistan rəhbərliyi isə bu problemləri həll etməyə çalışmır. çünki “daha vacib” məsələlərlə məşğuldur. Bu “vacib məsələ” isə ərazi iddiaları ilə bağlıdır”. Rusiya mətbuatı Ermənistanın mövcud durumunun yaxşı heç nə vəd etmədiyini də yazıb.
İşğalçı dövlətin prezidenti Serj Sarkisyan isə baş verənləri dərk etmək iqtidarında deyil. çaşqın və sərsəm bəyanatları ilə ölkə əhalisinin başını qatmağa çalışan bu şəxsin yaddaşı belə qaydasında deyil. Əks halda, o, hes olmasa hələ prezidentliyə namizəd olarkən Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatı xatırlayardı. 2008-ci ildə prezident seçkiləri zamanı Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasının münaqişənin həllinə imkan verəcəyini söyləyən eks-baş nazir Dağlıq Qarabağa yüksək status və ya mədəni muxtariyyət verməklə münaqişənin həll oluna biləcəyini bildirmişdi. üstündən cəmi bir il keçdikdən sonra “Qarabağ ya müstəqil, ya da Ermənistanın tərkibində olacaqdır” sərsəmləməsini dilə gətirən Sarkisyan, beləliklə də, müstəqil siyasət yeridə bilmədiyini, sifarişlə bəyanat verdiyini bir daha sübut edib. Qısası, görünən odur ki, hətta ermənilərin özləri tərəfindən belə dəstək almayan Serj Sarkisyanın növbəti bəyanatı da ona divident gətirmədi, əksinə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan bütün dövlətlərdə və xalqlarda ona qarşı bir daha ikrah hissi oyatdı.
BAHAR
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

