Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi Silahlı Qüvvələrdə dərindən öyrənilir
17.03.2016 [10:10]
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən nazirliyin Şəxsi Heyət Baş İdarəsində “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri” mövzusunda seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla yad edilib.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani “Multikulturalizm ili” ilə bağlı birgə planın Silahlı Qüvvələrdə uğurla həyata keçirildiyini və bu seminarın da həmin tədbirlərdən biri olduğunu bildirib.
Qeyd olunub ki, milli həmrəyliyi, bütövlüyü, birliyi təmin edən, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini daha da gücləndirən Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi bu gün Silahlı Qüvvələrdə də prioritetdir və bu istiqamətdə ardıcıl, məqsədyönlü iş aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun mövzu ilə bağlı məruzəsi böyük maraqla dinlənilib. Məruzəçi qeyd edib ki, müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Ulu öndərimizin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması gələcək nəsillər üçün əvəzolunmaz töhfələr idi.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bu gün də xalqımızı və dövlətimizi daha xoşbəxt gələcəyə aparmasından, bu məfkurə əsasında milli mənəvi dəyərlərimizin qorunmasından və Prezident, Ali Baş Komandan İlham Əliyevin bu məfkurəni uğurla davam və inkişaf etdirməsindən geniş söhbət açıb. Komitə sədri tolerantlığın Azərbaycan xalqının həyat tərzinə çevrildiyini, milli mənəvi dəyərlərə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan dini dəyərlərə münasibətdə respublikamızın dünya ölkələri üçün örnək olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə tərcümə edilərək çapdan çıxan “Qurani-Kərim”in min nüsxəsi və Heydər məscidinin təsvir edildiyi tablo Müdafiə Nazirliyinə hədiyyə olunub.
“Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə seminarın əhəmiyyətini yüksək qiymətləndirərək nəşrin yeni nömrəsinin 50 nüsxəsini iştirakçılara paylayıb.
Silahlı Qüvvələr Hərbi Akademiyasının milli təhlükəsizlik və humanitar elmlər kafedrasının rəisi, polkovnik Bəbir Quliyev, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti, polkovnik-leytenant Fərhad Məmmədov və başqaları çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.
Seminara yekun vuran müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

