/ / Əli Həsənov: İsrail Ermənistanın təcavüzkar hərbi provokasiyası ilə əlaqədar son hadisələrə münasibətini bildirə bilərdi
Əli Həsənov: İsrail Ermənistanın təcavüzkar hərbi provokasiyası ilə əlaqədar son hadisələrə münasibətini bildirə bilərdi
06.04.2016 [09:58]
İsrail ötən həftənin istirahət günlərində yenidən alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bitərəf qalmağa çalışır. Bununla bağlı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bazar ertəsi “Jerusalem Post” qəzetinə Bakıdan telefonla verdiyi eksklüziv müsahibədə deyib ki, ölkəmiz İsrailin bu məsələ barədə öz mövqeyini bildirməsində maraqlıdır.
Jurnalistin “Siz hörmət və ehtiram bəslədiyiniz İsraildən nə gözləyirsiniz” sualının cavabında Əli Həsənov deyib: “Biz istərdik ki, İsrail burada baş verən hadisələrə münasibətini bildirsin. İsrail dünya birliyinin və ATƏT-in üzvü kimi Ermənistandan atəşi dayandırmasını, danışıqlara başlamasını və beynəlxalq hüquq normalarına hörmət etməsini tələb edə bilər”.
Əli Həsənov bildirib ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan öz tərəfdaşlarından gözləyir ki, onlar ölkəmizin işğal edilmiş ərazilərində qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilmiş aqressiv hərbi provokasiya ilə bağlı son hadisələrə münasibət bildirsin. O qeyd edib ki, Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və öz mövqelərini müdafiə etmək üçün Ermənistan silahlı qüvvələrinə layiqli və sarsıdıcı cavab verib, onları geri çəkilməyə məcbur edib.
Müxbirin qeydi: Cümə günü axşam Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın hərbi təxribatı üzündən başlayan toqquşmalar bazar ertəsi davam edib, nəticədə Azərbaycan tərəfindən 13 nəfər həlak olub. Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisidir. Burada qondarma separatçı rejim yaradılıb. Azərbaycan ilə Ermənistan arasında müharibə 1990-cı illərin əvvəllərində başlanıb, nəticədə 30 mindən çox insan öldürülüb. Keçən həftə cümə günü axşam döyüş əməliyyatları nəticəsində hər iki tərəfdən təxminən 46 nəfər həlak olub.
Əli Həsənov deyib ki, İsrailin Ermənistana birbaşa təsir etmək üçün real vasitələri yoxdur. Lakin onun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yaxşı strateji əməkdaşlıq əlaqələri var. İsrail bu imkan sayəsində həmin ölkələri sövq edə bilər ki, onlar Ermənistanı beynəlxalq hüquq normaları çərçivəsində danışıqlara məcbur etsinlər. Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasında partlayış təhlükəli hərbi vəziyyət həm bu regiona, həm də Yaxın Şərqdə vəziyyətə təsir göstərə bilər. Prezidentin köməkçisi deyib: “Biz İsrail Dövlətini etibarlı və strateji tərəfdaş, habelə Ermənistanın Azərbaycana qarşı hərbi provokasiyaları ilə əlaqədar son hadisələrə münasibət bildirə biləcək mühüm və nüfuzlu ölkə hesab edirik. İsrail danışıqlar prosesinin gedişinə təsir göstərə bilər”.
Müxbirin qeydi: İsrail rəsmi Yerusəlim üçün mühüm strateji tərəfdaş olan Azərbaycanın iştirak etdiyi toqquşmanı şərh etməyə tələsmir. Azərbaycan həm də İsrailin mühüm iqtisadi tərəfdaşıdır. Türkiyə bu məsələdə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyir. İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Naxşon bildirib ki, İsrail XİN Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində baş verən hadisələri “böyük maraqla” izləyir və “hazırkı məqamda” bu məsələni şərh etməkdən çəkinir.
Jurnalist Herb Keynon hesab edir ki, Dağlıq Qarabağda partlayış təhlükəli vəziyyət çox güman, yanvar ayında Davos İqtisadi Forumunun kuluarlarında müzakirə edilib. O vaxt Baş nazir Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Müəllif qeyd edir ki, keçən həftə Vaşinqtonda olmuş və Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmiş Prezident İlham Əliyev orada Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AİPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Amerikanın əsas yəhudi təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərləri ilə görüşüb.
ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan ilə ABŞ, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın inkişafına töhfə verir. Qeyd olunub ki, Azərbaycan-Amerika əlaqələri yüksək səviyyədədir və yəhudi təşkilatları bu prosesə öz töhfəsini verir.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

