Kristian Viqenin: Azərbaycan müstəqillik illərində böyük nailiyyətlər əldə edib
28.05.2016 [08:32]
Mayın 27-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycanla ATƏT PA arasında münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütöv bir regionun təhlükəsizliyini təhdid etməklə yanaşı, dinc əhalinin həyatı üçün də böyük təhlükə yaratdığını söyləyib. O vurğulayıb ki, aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bunu bir daha göstərdi. Son hadisələr zamanı Ermənistanın hərbi təxribatlarına Azərbaycan tərəfinin layiqli cavab verməsi səbəbindən bu münaqişə yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib. Oqtay Əsədov mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirlərinin, qrupun həmsədrlərinin iştirakı ilə keçirilən görüşünün əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi də öz səlahiyyətləri çərçivəsində bu prosesə müsbət təsir göstərə bilər.
Kristian Viqenin ölkəmizə səfərinin Azərbaycanın milli bayramı - Respublika Gününə təsadüf etdiyini vurğulayaraq bu münasibətlə xalqımızı təbrik edib. O deyib ki, Azərbaycan müstəqillik illərində böyük nailiyyətlər əldə edib. Daha böyük uğurlar əldə etmək üçün isə Dağlıq Qarabağ kimi problemin aradan qalxmasına ehtiyac var.
Qonaq səfərin məqsədinin ATƏT PA-nın nümayəndəsi kimi münaqişənin həlli ilə bağlı azərbaycanlı həmkarları ilə danışıqlar aparmaq, sülh prosesini sürətləndirmək məqsədilə görülə biləcək işlər barədə fikirlərini bölüşməkdən ibarət olduğunu söyləyib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26

