/ / Siyavuş Novruzov: Amnistiya aktı Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyini göstərir
Siyavuş Novruzov: Amnistiya aktı Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyini göstərir
17.06.2016 [10:06]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan amnistiya aktı Heydər Əliyev Fondunun öz siyasətində humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Heydər Əliyev Fondu yarandığı dövrdən onun siyasətində humanizm prinsipləri mühüm yer tutur: “Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın amnistiya elan olunması ilə bağlı təşəbbüsləri də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”.
Millət vəkili deyib ki, hazırkı amnistiya aktı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır: “Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər ölkəmizdə hər hansı amnistiya və ya əfv haqqında qərar və sərəncam olmayıb. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq amnistiya haqqında qərarlar qəbul olunub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən indiki amnistiya aktına qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilib”.
O bildirib ki, digər 3 amnistiya aktının təşəbbüskarı isə məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır: “Belə ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar isə 9000 şəxsə şamil edilib, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən indiki amnistiya aktının isə 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir”.
S.Novruzov deyib ki, nəticə etibarilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktlarının şamil olunma dərəcəsi 40 min nəfərdən çox olacaq: “Bütövlükdə isə ölkəmizdə qəbul olunmuş amnistiya aktları 110 min insanı əhatə edir. Bununla yanaşı, həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən milli və dövlət bayramları ərəfəsində 20-dən artıq əfv sərəncamı imzalanıb və bu humanist aksiya nəticəsində minlərlə məhkum olunmuş insan cəzalarının çəkilməyən hissəsindən azad edilərək ailələrinə qovuşub. Bax, budur Heydər Əliyev siyasətinin nəticəsi”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

