Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq müşahidəçi: İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb

Beynəlxalq müşahidəçi: İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb

27.09.2016 [11:32]

Seçkilərə nəzarət üzrə Avropa Akademiyasının Rumıniyadan olan nümayəndəsi Dobra Dorin-Mircea sentyabrın 26-da Sumqayıtdakı seçki məntəqələrində ümumxalq səsverməsini izləyib.
Gün ərzində şəhərin bir neçə seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olan beynəlxalq müşahidəçi AZƏRTAC-ın müxbiri ilə söhbətində referendumun təşkili ilə bağlı məsələlərin həllindən razılığını ifadə edib: “İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb. Hiss olunur ki, seçicilər Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı qabaqcadan məlumatlandırılıblar. Ona görə səsvermə prosesi mütəşəkkil keçir. İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam”.
Qeyd edək ki, Sumqayıtda təşkil olunan seçki məntəqələrinin önündə Rəy Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqası və LS Araşdırma Mərkəzi “exit-poll” keçirir.

Paylaş:
Baxılıb: 412 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30