Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beşinci sessiya: Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları

Beşinci sessiya: Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları

18.11.2016 [10:25]

Konqresin sonuncu - beşinci sessiyasının moderatoru, ABŞ-ın Associated Press (AP) agentliyinin beynəlxalq xəbərlər üzrə vitse-prezidenti Con Danişevski müzakirəyə çıxarılan mövzunun media üçün aktual məsələ olduğunu deyib. Bildirib ki, keyfiyyətli jurnalistika rəqəmsal medianın inkişafı üçün çox vacibdir. Müasir dövrdə insanlar həqiqi və keyfiyyətli xəbər tələb edirlər. Ona görə də xəbər agentlikləri istehlakçılara daha dəqiq, keyfiyyətli və operativ xəbərlər çatdırmalıdırlar. Təbii ki, bu da asan başa gəlmir. Son illərdə 800-dən çox jurnalistin həlak olması bunu sübut edir. Bu baxımdan jurnalistlər auditoriya ilə qarşılıqlı əməkdaşlıq şəraitində işləməli, bu təzyiqlərə qarşı birlikdə mübarizə aparmalıdırlar.
“Tripod Advisors” media şirkətinin təsisçisi və icraçı direktoru David Şlesinger jurnalistlərin doğru xəbərlərlə cəmiyyəti məlumatlandırmaq kimi mühüm funksiya yerinə yetirdiklərini vurğulayıb. O, bu baxımdan jurnalistlərin bəzi ölkələrdə, xüsusən demokratiyanın zəif inkişaf etdiyi dövlətlərdə ciddi təzyiqlərə, zorakılıqlara məruz qaldıqlarını, öldürüldüklərini bildirib. Qeyd edib ki, müasir dövrdə inkişaf etmək istəyən cəmiyyətlərdə insanlar doğru məlumat əldə etməyə açıq olmalıdırlar. BMT-nin bu məsələlərlə bağlı 22 nömrəli qətnamə qəbul etməsinə baxmayaraq, hələ də jurnalistlərin öldürülməsi halları davam edir.
Məhz bu məsələlərin müzakirəsi baxımından Bakı Konqresinin önəmini vurğulayan D.Şlesinger qeyd edib ki, biz bu mühüm tədbirdə üzərimizə müəyyən öhdəliklər götürməliyik. Biz belə hallara qarşı ayıq olmalı, jurnalist peşəsinə hörməti saxlamalı, müstəqil jurnalistlərə - bloqqerlərə, sosial media mənsublarına təzyiqlərə qarşı çıxmalıyıq. Əgər azad jurnalisti qorumasaq, biz özümüzü qoruya bilməyəcəyik. Biz ölkələrimizdə carçı olmalıyıq ki, müstəqil jurnalistlər üçün sərbəst şərait yaradılsın, onların informasiyaya çıxışı məhdudlaşdırılmasın.
Mərkəzi Avropa Universitetinin Avropa Qonşuluq Araşdırmaları Mərkəzinin insan hüquqları departamentinin rəhbəri Miklos Haraszti informasiya azadlığı ilə bağlı fikirlərini bölüşüb. Vurğulayıb ki, BMT-nin 70 il əvvəl qəbul etdiyi İnsan Haqları Bəyannaməsində informasiya azadlığına geniş yer ayrılıb. Demokratiya inkişaf etdikcə bəzi hökumətlər özlərinə aid olan və vaxtilə dövlət sirri hesab etdikləri informasiyanı mediaya ötürdülər. Lakin bu, yalnız bir neçə ölkədə baş verdi. Təəssüf ki, bəzi ölkələrdə mətbuata təzyiqlər hələ də qalır.
İnternetin inkişafı ilə mətbuatın yeni mərhələyə qədəm qoyduğunu deyən M.Haraszti vurğulayıb ki, müasir dövrdə bəzi ölkələr bir sıra məlumatları məxfilik adı altında jurnalistlərdən gizli saxlayırlar.
Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev bildirib ki, internetin yaranması və inkişafı maarifləndirmə prosesinə geniş təkan verib. İnsanlar əvvəlcə düşünürdülər ki, internetin inkişafı biliklərin, məlumatların artmasına səbəb olacaq. Lakin bu, tam da gözlənilən səviyyədə baş vermədi. İnternet müsbət xüsusiyyətlərlə yanaşı, yeni çağırış və problemləri də ortaya çıxardı.
Bu gün xəbər məkanı olduqca geniş məfhumdur və hər kəs çalışır ki, bu məkanda özünə yer tutsun və sosial fraqmentasiyanı hazırlasın.
“Müasir cəmiyyəti mediasız təsəvvür etmək mümkün deyil”, - deyən M.Minçev diqqətə çatdırıb ki, internetin inkişafı, sosial şəbəkələrin mövcudluğu şəraitində xəbər agentliklərinin informasiya məkanında dominant olması çox çətinləşib. Buna görə də xəbər agentlikləri həmrəy olmalıdır.
AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidov münaqişə zonalarında jurnalistlərin missiyalarından danışaraq, bunun media nümayəndələrinin həyatı üçün təhlükəli olduğunu vurğulayıb. V.Seyidov müharibə şəraitində jurnalistlərin fəaliyyəti ilə bağlı müxtəlif ölkələrdə səmərəli təlim kurslarının, proqramların təşkil olunduğunu söyləyib. Bəzən azad jurnalistlər sırf cəbhə bölgəsində, qaynar nöqtələrdə olmaq xatirinə həmin ərazilərə səfər edirlər. O, çıxışında münaqişə zonalarında jurnalistlərin əməl etməli olduqları vacib təlimat və qaydaları diqqətə çatdırıb.
Sessiyalarda mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30