Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər yüksək səviyyədədir
21.02.2018 [10:21]
Səudiyyə Ərəbistanı Kralı Azərbaycanın daxili işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizin dəvəti ilə bu ölkədə ikigünlük səfərdə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 19-da Azərbaycan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri arasında görüş keçirilib.
Görüşdə Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz dəvətini qəbul edib səfərə gəldiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirərək, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.
Nazir Ramil Usubov rəsmi dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin nazirliklər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Qədim tarixə və mədəniyyətə malik xalqlarımızın ənənəvi dostluq münasibətlərinə toxunan Ramil Usubov bu əlaqələrin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al Səudun siyasi iradəsi sayəsində dinamik inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.
Görüşdə dövlətlərarası müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki ölkənin Daxili İşlər nazirlikləri arasında işbirliyinin, cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hökumətlərarası protokol imzalanıb.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Səfərin ikinci günündə Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində uğurla inkişaf etdiyini bildirən Kral Salman bin Əbdüləziz Al Səud beynəlxalq arenada ölkəsinin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb. Səudiyyə Ərəbistanı Kralı İslam ölkələri arasında həmrəyliyin bərqərar olunmasında daim böyük səylər göstərən dostu və qardaşı Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.
Yüksək diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Ramil Usubov keçirdiyi görüşlər, aparılan danışıqlar barədə Səudiyyə Ərəbistanı Kralına məlumat verib. Daxili işlər naziri bu səfərin ölkələrimiz arasında möhkəm təməllərə söykənən əlaqələrin dərinləşməsinə, xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət etdiyini bildirib.
Qəbulda və görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03

