Bəhruz Quliyev: Azərbaycanın seçki qanunvericiliyi bazası məhz demokratik dəyərlərə söykənir
17.03.2018 [09:20]
“Azərbaycan mütərəqqi və demokratik, eləcə də dövrün qlobal çağırışlarına cavab verən ölkə olaraq beynəlxalq aləmdə də öz sözünü deməkdədir. Sosial, iqtisadi, siyasi, mədəniyyət, idman və s. sahələrdə əldə edilən davamlı nailiyyətlər, eləcə də siyasi sabitlik belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Əlbəttə ki, bu danılmaz faktor özünü seçki mühitində də kifayət qədər təsdiq edir”.
Bu fikirləri “Trend”ə siyasi ekspert Bəhruz Quliyev aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlığa, eləcə də ölkədəki seçkiqabağı prosesə münasibət bildirərkən deyib.
B.Quliyevin sözlərinə görə, ümumiyyətlə, Azərbaycan istər postsovet, istərsə də dünya və Avropa məkanında qabaqcıl dövlətlərdəndir ki, burada seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi uzun illərin təcrübəsinə və seçici siyasi şüurunun yetkinləşməsinə söykənir: “Artıq tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı, ölkə seçicisi ictimai-siyasi prosesləri dərindən bilir və bu reallıqla yanaşı, seçkilərdə hansı namizədə səs verəcəyini özü sərbəst şəkildə müəyyənləşdirir. Digər tərəfdən, ölkəmizdə demokratik seçki institutunun mövcudluğu hələ Xalq Cümhuriyyəti dövrünə təsadüf edir ki, məhz həmin vaxtlarda qadınlara seçki hüququnun verilməsi ilkin olaraq reallaşdırıldı. Məhz bu mənada, vurğulaya bilərik ki, Azərbaycan Şərq və Avropa məkanında demokratik seçki məktəbi formalaşdırmış ilk ölkələrdəndir. Hətta bu gün ölkəmizdə seçkiləri izləyən bir çox xarici müşahidəçilər belə həmin məktəbin nə qədər önəmli və tarixi prinsiplərə əsaslandığını etiraf edir, alqışlayırlar”.
Siyasi ekspert qeyd edilənlərlə yanaşı, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcudluğunun modern standartlara bağlı olduğunu deyib. O, bu fikirlərini təkmilləşdirilmiş və ən müasir seçki mühitinə cavab verən Seçki Məcəlləsi ilə əlaqələndirib: “Məhz mövcud Seçki Məcəlləmizlə bizlər azad, şəffaf və demokratik seçkilər keçirmək imkanlarına malikik. Seçicilər üçün yaradılmış münbit səsvermə hüquqları ilə yanaşı, namizədlər də tam bərabər şəkildə, heç bir fərq qoyulmadan öz hüquqlarından səmərəli qaydada yararlanırlar. Bu günlər ərzində biz MSK-nın apardığı uğurlu fəaliyyətinin təhlilini apararkən də tam əminliklə bu cür nəticəyə gəlirik.
O cümlədən seçkiqabağı dövrə media və internet resursları, eyni zamanda, informasiya texnologiyaları kontekstindən yanaşsaq, istər jurnalist, istər sosial şəbəkə istifadəçiləri, istərsə də vətəndaş mövqeyi üçün yaradılan hər bir şəraitin bilavasitə şəffaflığa hesablandığını vurğulaya bilərik. Təbii ki, belə bir imkanın yaradılmasını seçki qanunvericiliyi bazasının məhz demokratik dəyərlərə söykəndiyinin bariz göstəricisi olaraq qiymətləndirə bilərik”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03

