Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Müvəqqəti müşahidə missiyasının rəhbərini qəbul edib

YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Müvəqqəti müşahidə missiyasının rəhbərini qəbul edib

20.03.2018 [09:05]

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov martın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Müvəqqəti müşahidə missiyasının rəhbəri xanım Korin Yonkeri partiyanın mənzil-qərargahında qəbul edib.
Görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib.
ATƏT/DTİHB-in Müvəqqəti müşahidə missiyasının rəhbəri xanım Korin Yonker görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini qeyd edib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30