Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Daily Mail”: Aparılan sorğuların nəticələrinə əsasən Azərbaycan vətəndaşlarının 80 faizdən çoxu prezident seçkilərində İlham Əliyevi dəstəkləyir

“Daily Mail”: Aparılan sorğuların nəticələrinə əsasən Azərbaycan vətəndaşlarının 80 faizdən çoxu prezident seçkilərində İlham Əliyevi dəstəkləyir

12.04.2018 [10:24]

Aprelin 11-də Britaniyanın nüfuzlu “Daily Mail” qəzetində “Associated Press” agentliyinə istinadən Azərbaycanda keçirilən prezident seçkilərindən bəhs edən məqalə dərc olunub. Məqalədə ölkə vətəndaşlarının əksəriyyətinin hazırkı Prezident İlham Əliyevi dəstəklədiyi bildirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda keçirilən müxtəlif sorğuların nəticələrinə əsasən əhalinin 80 faizdən çoxunun məhz İlham Əliyevi dəstəkləməsinin səbəbinin son illər ölkədə aparılan uğurlu və müdrik siyasət olduğu vurğulanır.
Məqalədə deyilir ki, Ulu öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyev bu gün Azərbaycan vətəndaşları tərəfindən sabitliyin və təhlükəsizliyin qarantı kimi qəbul edilir. Çünki 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycanda yaranan xaos və çaxnaşmaların qarşısının alınmasında, ölkənin inkişaf yoluna çıxarılmasında Heydər Əliyevin xidmətlərini xalq unutmur və unutmayacaq.
Yazıda bildirilir ki, payıza planlaşdırılan prezident seçkiləri aprelə keçirilib. Rəsmilər bunu ölkənin 2018-ci ilin sonlarında yüksək səviyyəli tədbirlərlə ev sahibliyi edəcəyi ilə bağlı olduğunu deyirlər.
“Daily Mail”də vurğulanır ki, 10 milyonluq əhalisi olan müsəlman ölkəsinin Prezidenti qərbyönümlü siyasət həyata keçirməklə Azərbaycanın enerji və təhlükəsizlik maraqlarını məharətlə müdafiə edir.

Paylaş:
Baxılıb: 423 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30