ATƏT DTİHB missiyasının tərkibindəki ekspert qurumun saxtakarlığını ifşa etdi
14.04.2018 [10:24]
Vüqar Əhmədov: ATƏT DTİHB-nin açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı
“Mən Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı qeydlərdən tamamilə fərqli fikirlər yer aldı. Seçkilərə qeyri-obyektiv qiymət verildiyi üçün mən etiraz olaraq missiyadan istefa verib çıxdım”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov aprelin 13-də keçirdiyi mətbuat konfransında deyib.
Vüqar Əhmədov bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə şöbəsi Azərbaycanda aparılan müşahidələr əsasında obyektiv hesabat hazırlamışdı. Lakin bu hesabat birdən-birə kənara atıldı və tamamilə qərəzlə dolu başqa bir hesabat təqdim edildi. Belə çıxır ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən xüsusi tapşırıq gəldi və yaxud da mərkəz özü missiyaya əvvəlcədən hazırlanmış hesabat göndərdi. Ona görə də bizim müşahidələrimiz zamanı seçkilərlə bağlı qeyd olunan müsbət məqamların heç biri dünən təqdim olunan hesabatda yer almadı. Təkcə mənim yox, müşahidə missiyasının digər üzvlərinin də şahidi olduqları müsbət məqamlar bu hesabatda əks olunmadı. Bu da o deməkdir ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən verilən tapşırıq yerinə yetirildi. Mən missiyanın rəhbəri Koryen Yonkerə etirazımı bildirdim ki, təqdim olunan hesabatda müşahidə missiyasının heç bir qeydi yer almayıb. O isə cavabında dedi ki, missiya rəhbərinin müavini Stefan Krausun təqdim etdiyi hesabat kifayətdir. Güman ki, həmin hesabat da məhz mərkəzdən hazır vəziyyətdə göndərilmiş hesabatdır. Müşahidə missiyasının ötən gün seçkilərlə bağlı təqdim etdiyi qərəzli hesabata jurnalistlər etiraz etməkdə tam haqlı idilər.
V.Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və onun Azərbaycana mənfi münasibət bəslədiyini bildirib. “Tam əminliklə deyə bilərəm ki, təqdim edilən hesabat seçkilərdən əvvəl hazırlanmışdı, sadəcə, seçkilərdən sonra elan edildi. Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB-nin müşahidə missiyası ilə sıx əlaqədə idilər. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Biz seçki məntəqələrində ciddi qanun pozuntuları ilə rastlaşmadıq. Xırda məqamlar qeydə alındı ki, bu da seçkilərin nəticələrinə təsir edəcək səviyyədə deyildi. Bu hesabat tənqid də deyil, sırf qarayaxma, qərəzdir. Mən bunların heç biri ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim”, - deyə o qeyd edib.
Rusiyadakı seçki prosesində də iştirak etdiyini bildirən Vüqar Əhmədov deyib ki, orada da qurumun siyasi məsələlər üzrə şöbəsinin verdiyi hesabat kənarda qaldı, hazır gətirilən hesabat yayıldı. Bu da onların qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Buna görə də tam əminliklə deyirəm ki, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı.
ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V.Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında obyektivliyin təmin olunacağına, əsassız və qərəzli iddiaların aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46

