/ / Şair Ramaldanov: Ermənistan dinc sakinləri atəşə tutmaqla Azərbaycan Ordusunu cavab tədbirləri görməyə vadar edir
Şair Ramaldanov: Ermənistan dinc sakinləri atəşə tutmaqla Azərbaycan Ordusunu cavab tədbirləri görməyə vadar edir
19.04.2018 [09:42]
Ermənistan cəbhəyanı bölgələrdə yaşayan dinc sakinləri atəşə tutmaqla Azərbaycanı adekvat addımlar atmağa təhrik edir. Bu fikri AZƏRTAC-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ağcabədi rayonunda Ermənistan silahlı bölmələrinin dinc sakinləri atəşə tutmasına və Hacıyev Rahim Azər oğluna xəsarət yetirmələrinə münasibət bildirərkən deyib.
Ş.Ramaldanov bildirib ki, ermənilər daim Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutmaqla kifayətlənmirlər. Düşmən ara-sıra cəbhə bölgəsindəki yaşayış məntəqələrimizi də atəşə tutur, dinc sakinlərə xəsarətlər yetirirlər. Azərbaycanın cəbhəboyu zonadakı bütün yaşayış məntəqələrinin hamısında dinc əhali yaşayır. Ermənistan ordusunun bölmələri aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini atəşə tutublar. Nəticədə kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən güllə yarası alıb.
Ermənistan tərəfinin bununla Azərbaycan Ordusunu cavab tədbirləri görməyə vadar etdiyini vurğulayan hərbi ekspert deyib: “Düşmənin diversiya qrupları daim təxribat törətmək istəyirlər. Lakin Azərbaycan Ordusu bu təxribatların qarşısını alır, ermənilərə layiqli cavab verir. Düşmən öz çirkin niyyətini həyata keçirməyə nail olmayanda isə kəndlərimizi, dinc sakinlərimizi atəşə tutmağa başlayır. Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb. 2016-cı ilin Aprelində də ermənilər kəndlərimizi atəşə tutmağa başlamışdılar. Azərbaycan Ordusu düşmənə gücünü göstərdi və layiqli cavabını verdi. Aprel hadisələri ermənilərə yaşayış məntəqələrini atəşə tutan zaman hansı nəticələrlə üzləşəcəklərini göstərdi. Ermənilər həmişə təxribatlara əl atırlar. Düşmən bizi nə qədər təhrik etməyə çalışsa da, öz mənfur niyyətlərinə çata bilməyəcək”.
Qeyd edək ki, aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04

