/ / Deputat: Ermənistan xalqı onu hər şeydən məhrum edən “Qarabağ klanı”nın girovluğundan xilas oldu
Deputat: Ermənistan xalqı onu hər şeydən məhrum edən “Qarabağ klanı”nın girovluğundan xilas oldu
24.04.2018 [09:46]
Ermənistan xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran “Qarabağ klanı”ndan canını qurtardı.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, artıq 10 ildir Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan epoxası başa çatdı, xalq etirazları öz nəticəsini verdi və Sarkisyan xalqın istefa tələbini qəbul etməyə məcbur qaldı: “O xalq ki, məhz Sarkisyanın yeritdiyi işğalçılıq siyasəti nəticəsində dilənçi kökünə düşüb, sürünə-sürünə yaşamaq məcburiyyətində qalıb, eyni zamanda, özlərinin dediyi kimi, “bu lənətə gəlmiş ölkəni tərk etmək”dən başqa çarələri qalmamışdı. Sarkisyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi qeyri-konstruktiv mövqe bu gün Ermənistanın bu ağır vəziyyətini şərtləndirən amillər sırasında mühüm mövqeyə malikdir. Ona görə də indi Sarkisyanı əvəz edəcək şəxsin praqmatik siyasətçi olmasına çox böyük ehtiyac var. Elə bir adam Ermənistanda hakimiyyətdə olmalıdır ki, o, Ermənistanın bu gün düşdüyü çıxılmaz vəziyyətin yeganə səbəbinin onun işğalçılıq siyasəti olduğunun və məhz işğalçılıq siyasəti nəticəsində Ermənistanın bu gün bumeranq effekti ilə üz-üzə qaldığının, labirintə düşdüyünün və dalana dirəndiyinin çox gözəl fərqinə varmalıdır. Bu bir həqiqətdir. Ona görə də ümid edirik ki, Ermənistanın yeni baş naziri Sarkisyanın siyasətindən fərqli bir siyasət həyata keçirəcək, çünki Sarkisyan siyasətinin davamı mövcud çıxılmaz vəziyyətin davamı deməkdir və o da perspektivdə Sarkisyanın taleyini yaşaya bilər”.
Deputatın sözlərinə görə, Ermənistanda elə bir siyasətçi olmalıdır ki, o, Azərbaycanla danışıqlara gəlib və danışıqlarda praqmatik bir mövqe ortaya qoymalıdır: “Ermənistanın gələcəyi yalnız və yalnız bu münaqişənin həllindən keçir. Həm də ki, ədalətli həllindən keçir, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından keçir. Bu baş tutacağı təqdirdə, yəni Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmağa razılaşacağı təqdirdə, yeni vəziyyət yaranacaq, bu yeni vəziyyətdə isə artıq Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu irimiqyaslı regional layihələrdə iştirakı məsələsinə baxıla bilər, Ermənistan böyük gəlirlər əldə edə bilər. Ermənistanın nicatı məhz bundan keçir”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

