/ / Bəhruz Quliyev: AŞPA-nın “hesabatı” Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir
Bəhruz Quliyev: AŞPA-nın “hesabatı” Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir
28.04.2018 [10:12]
Təəssüf ki, biz AŞPA-nın ikili standartlardan çıxış etməsinə ilk dəfə şahid olmuruq. Bu qurum çox zaman Azərbaycana qarşı qərəzli mövqedə dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. O qeyd edib ki, bu gün Qərbdə fəaliyyət göstərən erməni lobbisi və onların siyasi havadarları açıq-aşkar islamofob mövqelərini ortaya qoyurlar. Bunun da əsasında dayanan başlıca məqam demokratik, müstəqil siyasət həyata keçirən, eyni zamanda, müsəlman ölkəsi olan Azərbaycanın davamlı inkişafı, getdikcə güclənməsi amilidir. AŞPA-dakı müəyyən qruplar ikili standartların növbəti dalğasına start verərək öz qərəzlərini, böhtanlarını işə salmağa cəhd göstərirlər. Azərbaycanla bağlı qərəzli hesabatlar, bəzi avropalı deputatların fərdi yanaşmaları, qeyri-obyektiv mövqeləri subyektivlikdən irəli gələn yanlışlıqlardır.
Bəhruz Quliyev qeyd edib ki, əslində AŞPA bu quruma üzv olan Avropa ölkələri ilə bağlı hesabatlar hazırlamalıdır. Sual edə bilərik ki, əgər Azərbaycana qarşı “hesabatlar” hazırlayan avropalı deputatlar doğrudan da bu qədər həqiqətpərəstdirlərsə, nəyə görə Avropanın bir sıra ölkələrində pozulan insan hüquqlarına, irqi ayrı-seçkilik faktlarına, ksenofobiyaya göz yumurlar? Bu sualın cavabı çox bəsitdir. Çünki AŞPA və bu qurum kimi digər təşkilatlar bilavasitə xristian klubu rolunu oynayırlar. Nə qədər gülünc və istehzadoğurucu iddiadır ki, əsrlərdir qonaqpərvərliyi dillər əzbəri olan Azərbaycan xalqının bu ənənəsini “korrupsiya elementi” olaraq təqdim edirlər. Bu, çox təəssüfdoğurucu bir davranışdır. Azərbaycan 17 ildir bu quruma üzvdür, ancaq Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması, Ermənistanın işğal faktının pislənilməsi baxımından AŞPA heç bir addım atmayıb, əksinə, dolayı yolla ermənipərəstliyini nümayiş etdirib.
Ekspert bildirib ki, Azərbaycan Avropaya inteqrasiya etdiyi vaxtdan indiyə qədər ikili standartlarla üzləşib və bu hal get-gedə daha da artır. Əgər bu cür davam edərsə, ölkəmizin bu quruma üzvlük məsələsinə yenidən baxılmalıdır. Cəmiyyətimiz belə ədalətsiz, qərəzli yanaşmaları qəbul etməyib və etməyəcək.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04

