/ / Prezident İlham Əliyev: Biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik
Prezident İlham Əliyev: Biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik
31.05.2018 [09:25]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 60-cı kitabı çapdan çıxıb
Bəzi ölkələrin dövlət borcu ümumi daxili məhsulun 100 faizini, ondan da çoxunu təşkil edir. Daim borc götürən ölkələr o borcu qaytarmalıdır. Belə olan halda, ilk növbədə, o borcun qaytarılması üçün sosial proqramların ixtisarı, maaşların kəsilməsi hesabına bunu etməyə çalışırlar. Ona görə iqtisadi inkişafın və iqtisadi tənəzzülün sosial-humanitar aspektləri çox ciddi təhlilə məruz qalmalıdır. Bizim təcrübəmiz ondan ibarətdir ki, biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik.
AZƏRTAC xəbər verir ki, “İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxan 60-cı kitabında yer alan bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 31-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 60-cı kitabındakı materiallar 2013-cü ilin oktyabr-dekabr aylarını əhatə edir.
Nəşrin bu cildində dövlətimizin başçısının III Bakı Beynəlxalq Humanitar Forumunda, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş dövlət və hökumət rəsmiləri, nüfuzlu ictimai-siyasi və dövlət xadimləri, habelə ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və BP şirkətinin Bakıya səfər etmiş təmsilçiləri ilə görüşləri barədə materiallar toplanıb.
Azərbaycan Respublikası Prezidentinin Türkiyəyə, Ukraynaya rəsmi, Avstriya Respublikasına, Litva Respublikasına işgüzar səfərləri, habelə Belarus Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı dövlətimizin başçısının keçirdiyi görüşlərə, mətbuata bəyanatlarına, sənədlərin imzalanma mərasiminə dair materiallar da 60-cı kitaba daxil edilib.
Bu cilddə dövlətimizin başçısının Bakının ev sahibliyi etdiyi bir sıra nüfuzlu tədbirlərin iştirakçılarına, o cümlədən ISESCO-ya üzv ölkələrin Uşaq Məsələləri üzrə Məsul Nazirlərinin IV Konfransının, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII Sessiyasının, Azərbaycan Müəllimlərinin XIV Qurultayının, “Rus İcması - 20 il Yeni Azərbaycanın Xalqlar Ailəsində” Respublika Konfransının və digər tədbirlərin iştirakçılarına müraciətləri yer alıb. Habelə Azərbaycan Prezidentinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı mərasimində iştirakına, “Bakutel-2013” XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində və digər tədbirlərdə iştirakından bəhs edən materiallar, müxtəlif çıxış və nitqlərinin mətnləri verilib.
Kitabda Prezident İlham Əliyevin Qusarda və Qubada turizm infrastruktur obyektlərinin, Bakıda nəqliyyat infrastrukturu ilə bağlı açılış mərasimlərində iştirakına dair materiallar da toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 60-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08

