Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: 2017-ci ilin dövlət büdcəsi uğurla icra olunub

Siyavuş Novruzov: 2017-ci ilin dövlət büdcəsi uğurla icra olunub

01.06.2018 [08:56]

“2017-ci ilin dövlət büdcəsi uğurla icra olunub. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə uğurlu siyasət həyata keçirilib və 2017-ci il bir sıra nailiyyətlərlə yadda qalıb”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov bildirib ki, neft faktorunun büdcədə azaldılması, manatın dayanıqlılığı, kənd təsərrüfatının inkişaf etdirilməsi bu uğurun əsas göstəricilərindən biridir. Onun sözlərinə görə, 2017-ci ildə ölkə iqtisadiyyatı ilə bağlı bir sıra mühüm hadisələr də baş verib. Belə ki, ötən il “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadıldı, Bakı-Tbilisi-Qars dəmir yolu işə salındı. Bütün bunlar vacib məsələlərdir.
“Amma bəzi məsələlər var. Yeni hökumət formalaşıb, kifayət qədər dəyişikliklər baş verib. İnanırıq ki, büdcə vəsaitlərinin düzgün istifadə olunmasına nəzarət daha da gücləndiriləcək. 2017-ci ildə biz banklarla bağlı məsələni qaldırdıq. Düzdür, manatın dayanıqlılığı çox yaxşıdır. Ancaq banklarda kredit faizini elə tənzimləmək lazımdır ki, vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilsinlər. Azərbaycanda orta və kiçik sahibkarlıq kreditlərdən daha çox yararlanmalıdır ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın. Prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinin, həm də əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamların imzalanması da çox yaxşı haldır”, - deyə S.Novruzov vurğulayıb.

Paylaş:
Baxılıb: 935 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30