Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənipərəst Rüstəm İbrahimbəyov Azərbaycan xalqının adı ilə bağlı hər hansı bir titulu daşımağa layiq deyil

Ermənipərəst Rüstəm İbrahimbəyov Azərbaycan xalqının adı ilə bağlı hər hansı bir titulu daşımağa layiq deyil

06.06.2018 [09:20]

Azərbaycan ictimaiyyəti dövlətimiz tərəfindən Rüstəm İbrahimbəyova verilmiş titul və adların geri alınmasını tələb edir
Ziyalı adını alver predmetinə çevirən xain Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” xəyanəti bu gün də cəmiyyətimizin əsas müzakirə mövzularından biridir. Müsahibələrində dəfələrlə azərbaycanlıları təhqir edən, ermənilər üçün darıxdığını deyən, hətta bir az da uzağa gedərək Dağlıq Qarabağın ermənilərə məxsus olması ilə bağlı sərsəm fikirlər səsləndirən R.İbrahimbəyovun birmənalı şəkildə anti-Azərbaycan mərkəzlərin, ermənipərəst dairələrin qarşısında öhdəlik götürməsi, həmin ermənipərəst dairələrin təhriki və maliyyə dəstəyi ilə bu cür iyrənc oyunların tərkib hissəsi kimi çıxış etməsi, ölkəmizə qarşı yalan və şantaj kampaniyası aparması heç kimdə şübhə doğurmur. Uzun illər ərzində Rusiyada yaşayan R.İbrahimbəyov bir dəfə də olsun erməniləri, Ermənistanın işğalçılıq siyasətini ifşa edən fikirlərlə çıxış etməyib. Əksinə hər zaman azərbaycanlıları aşağılayan, ermənilərə olan sevgisini ortaya qoyan fikirlər səsləndirib.
2015-ci ildə çəkilmiş və ssenari müəllifi xain İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində də Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Eləcə də filmdə azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və genişürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlılar”ın “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir. Eləcə də filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.
Qeyd edilməlidir ki, Əkrəm Əylislinin “Daş yuxular” adlı cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun ssenarisi əsasında bu filmin ərsəyə gəlməsi və onun mənsub olduğu xalqa qarşı bu cür yaramaz, xəyanətkar davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün ermənilərə yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün demək olar ki, əsl hədiyyədir. Bununla yanaşı, bu filmin maliyyə mənbəyinin birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu şübhəsizdir.
Əlbəttə, torpaqlarının 20 faizi işğal altında olan, on minlərlə nümayəndəsi həlak edilən, uşaqları, qadınları, qocaları qəddarcasına, işgəncə ilə qətlə yetirilən bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə nifrətin bariz nümunəsidir. İbrahimbəyovun xalqımıza qarşı açıq təxribat xarakteri daşıyan “Qafqaz üçlüyü” filminin əsas ana xətti Dağlıq Qarabağ münaqişəsinə yönəlib. O, belə bir fon yaratmağa çalışır ki, bu münaqişənin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Ən əsası, bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən minasibətinin təzahürüdür.
Təbii ki, bu film Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə xəyanət kimi dəyərləndirilir və mətbuatda, sosial şəbəkələrdə bu yöndə gedən müzakirələrdə R.İbrahimbəyovun bu addımına qarşı tədbir görülməsi istənilir. Belə ki, aparılan müzakirələrdə iştirak edən və qaçqınları, Qarabağ döyüşçülərini təmsil edən ictimaiyyət nümayəndələri, eləcə də kino xadimləri, elm və sənət adamları Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş rəsmi titul və adların geri alınması tələblərini irəli sürürlər. Müraciətlərdə qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqe onun sovet dövründən bəri kinossenarilərinin çoxunda özünü büruzə verir, son zamanlar isə daha da qabarıq şəkil alıb. Artıq bir sıra məcburi köçkünlərin təmsil olunduğu təşkilatlar, ziyalılar, QHT nümayəndələri və s. Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar. Haqlı olaraq qeyd olunur ki, Rüstəm İbrahimbəyovun Azərbaycan xalqının adı ilə bağlı hər hansı bir titulu daşımağa mənəvi haqqı çatmır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30