Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
30.06.2018 [09:32]
Sessiyanın sonuncu iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilib
İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlik barədə məlumat verib. İclasda ilk olaraq “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə edilib. Spiker Oqtay Əsədov bildirib ki, 2018-ci ilin dövlət büdcəsinə edilən dəyişiklik ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Son illər əldə olunan yüksək göstəricilər bunu deməyə tam əsas verir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə artıb və bu, dünya miqyasında analoqu olmayan inkişafdır: “Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir. Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni əgər dünyanın iqtisadi xəritəsinə baxsaq, görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz belə siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur. Bu yaxınlarda Cənub Qaz Dəhlizi, TANAP kimi irimiqyaslı layihələr istifadəyə verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq”.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, təqdim olunmuş qanun layihəsi ilə dövlət və icmal büdcələrinin bir sıra gəlir və xərc maddələrinin artırılması və azaldılması, həmçinin dövlət büdcəsinin gəlir və xərclərinin tarazlaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, əhalinin həssas qruplarının müdafiəsinin artırılması və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq əlavə maliyyə təminatının formalaşdırılması zərurəti 2018-ci il dövlət və icmal büdcələrinin gəlirlərinə yenidən baxılmasını şərtləndirib. Belə ki, gömrük inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə qəbul edilmiş son qərarlar, o cümlədən bir sıra rüsumların artırılması, əsasən də alkoqollu içkilərə və tütün məmulatlarına yeni aksiz dərəcələrinin tətbiqi Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumu və əlavə dəyər vergisi üzrə daxilolmaların əlavə 785 milyon manat artırılmasına imkan yaradıb. Xam neftin dünya bazarlarında qiymətinin əhəmiyyətli dərəcədə artması dövlət və icmal büdcələrinin müvafiq gəlir göstəricilərinin dəqiqləşdirilməsinə şərait yaradıb. 2018-ci il üzrə təsdiq edilmiş dövlət büdcəsinə görə büdcə gəlirlərinin hesablanmasında bir barrelə 45 dollar neft qiymətinin proqnozu istifadə olunub. Həmin proqnozun 10 dollar artırılaraq bir barrel üçün 55 dollara çatdırılması təklif olunur. Bunun nəticəsində neft gəlirlərinin Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsində əks olunan daxilolmaları 500 milyon manat məbləğində artırılacaq. Bu artım əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici neft şirkətlərindən mənfəət vergisi qismində əlavə gözlənilən daxilolmalar hesabına proqnozlaşdırılır. Bununla yanaşı, Dövlət Neft Fondunun icmal büdcədə əksini tapan gəlirləri dəqiqləşdirilir və 5,6 milyard manat artırılır. Eyni zamanda, qeyd olunmalıdır ki, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə gəlir proqnozunun təsdiq olunmuş büdcə ilə müqayisədə 1 milyard 27 milyon manat məbləğində azaldılması zərurəti yaranıb. Həmin zəruri dəyişiklik əvvəlki illərdə vergi ödəyicilərindən, əsasən də qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərindən proqnozla nəzərdə tutulduğundan artıq alınmış vergi ödənişlərinin sahibkarlara geri qaytarılması və ya cari büdcə ilində ödəniləcək vergilərlə əvəzləşdirilməsi ilə bağlıdır. Nəticədə Vergilər Nazirliyinin xətti ilə 2018-ci il dövlət büdcəsində təmin olunması nəzərdə tutulan məcmu daxilolmaların 527 milyon manat azaldılması dövlət büdcəsində öz əksini tapmalıdır. Beləliklə, təklif olunan dəqiqləşdirilmələrin aparılması nəticəsində 2018-ci il təsdiq olunmuş dövlət büdcəsinin gəlirləri 14 milyon manat büdcədənkənar daxilolmalar da nəzərə alınmaqla cəmi 272 milyon manat məbləğində artırılacaq.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, müzakirə olunan qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinə və sənədlə müəyyən edilmiş məlumatlar əlavə olunmaqla təqdim edilib. Diqqətə çatdırılıb ki, dövlətin əsas planına - dövlət büdcəsinə dəyişikliklər bir sıra iqtisadi və qeyri-iqtisadi amillərin təsiri ilə formalaşır. Neftin qiymətində volatilliklər büdcə planlaşdırılması və büdcə proqnozunun icra edilmə səviyyəsinə təsir edən mühüm iqtisadi amildir. Bu səbəbdən, istər 1998-ci ildə neftin dünya bazarlarında qiymətinin azalması, istər 2008-2009-cu illərdəki maliyyə və iqtisadi böhran, istərsə də 2014-2016-cı illərdə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin yaratdığı büdcə fəsadları dövləti qeyd edilən sənədə təkrar baxmağa, həmçinin büdcə planlaşdırılması və icrası mərhələlərində ehtiyatlı davranmağa sövq edib.
Qeyd edilib ki, 2018-ci ilin ilk 5 ayında neftin orta qiyməti dövlət büdcəsində ilkin nəzərdə tutulmuş göstəricidən 71 faiz, yenidən baxılan dövlət büdcəsində nəzərdə tutulmuş göstəricidən isə 40,0 faiz çoxdur. Neftin qiyməti ilə son aylarda müşahidə edilən meyillər, həmçinin geosiyasi proseslər yenidən dövlət büdcəsində neftin qiymətinin 55 dollar səviyyəsində proqnozlaşdırılmasının obyektiv zərurətdən irəli gələn və ölkənin valyuta ehtiyatlarının qorunmasına xidmət edən ehtiyatlı yanaşma olduğunu vurğulamaq imkanı verir.
Bildirilib ki, 2018-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb, neft sektorunda isə sabit qalıb. Nominal ifadədə neft sektorunda 28,1 faiz, qeyri-neft sektorunda isə 5,7 faiz artım müşahidə edilib. Mərkəzi Bankın verdiyi məlumatlara görə, ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2018-ci ilin ötən dövründə strateji valyuta ehtiyatları artaraq xarici dövlət borcunu dəfələrlə üstələyib.
Hesablama Palatasının sədri qeyd edib ki, təklif olunan dəyişikliklərlə dövlət büdcəsinin gəlirlərinin 22,1 milyard manat məbləğinədək artırılması nəzərdə tutulub ki, bu da gəlirlərin ÜDM-ə nisbətinin təsdiq edilmiş göstəricilərlə müqayisədə 0,6 faiz bəndi çox olmaqla 29,6 faizə çatmasına şərait yaradacaq.
Sonra Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub. Nəzərdə tutulan dəyişikliklərə əsasən 188.1.1-ci maddədə “üç” sözü “1,5” rəqəmi ilə və “600” rəqəmi “200” rəqəmi ilə əvəz edilir. Həmçinin sənədə “Aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur” məzmunlu 194.1-2-ci maddə əlavə olunur.
“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə görə, sənədə “aksiz markasının verilməsi” adlı 2.0.8-2-ci maddə əlavə ediləcək. Bundan başqa, qanuna əlavə olunan 20-3-cü maddəyə əsasən alkoqollu içkilərə görə aksiz markasının verilməsi üçün 0,06 manat, tütün məmulatlarına görə aksiz markasının verilməsi üçün 0,05 manat məbləğində dövlət rüsumu müəyyən edilib.
İclasda “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim edilib. Bildirilib ki, qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edəcək. Qanun Azərbaycan vətəndaşlarına, ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məşğul şəxslərə muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, əyani təhsil alanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və sair aiddir.
Sonra “Hesablama Palatası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, 6 fəsil, 41 maddədən ibarət qanun layihəsi Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.
İclasda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Qeyd edilib ki, 4 fəsil, 21 maddədən ibarət qanun layihəsi ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir. Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya təsdiq olunub, “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan Ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”, “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSİ arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihələri qəbul edilib.
Daha sonra “İnformasiya əldə etmək haqqında” qanun layihəsinə dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Bu barədə vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib. B.Muradova bildirib ki, sənəd Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub. Onun sözlərinə görə, qanun layihəsinə əsasən sənədin 30.1-ci maddəsinə yeni cümlənin əlavə olunması nəzərdə tutulub. Belə ki, sənədin 30.1-ci maddəsinə “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyət məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir” məzmunlu ikinci hissə əlavə olunur. Bu səlahiyyət Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək. Nəzərdə tutulan dəyişikliyin tətbiqi ilə çoxsaylı informasiya sorğularının sayı azaldılacaq, informasiya əldə edilməsində şəffaflıq artırılacaq və ictimai nəzarət imkanları gücləndiriləcək.
Millət vəkilləri qanun layihəsini qəbul ediblər.
Deputatlar həmçinin Vergi Məcəlləsində, “İcarə haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında və “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” qanun layihələrinə də baxıblar.
İclasda “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bu dəyişikliklər 2019-cu büdcə ilindən başlayaraq dövlət və icmal büdcələrinin tərtib olunmasını təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklər fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır. Qeyd olunub ki, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldacaq.
Cinayət Prosessual Məcəlləsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi və 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır. Eyni zamanda, layihədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması zamanı kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul etmək səlahiyyətinin verilməsi təklif edilir.
İclasda Cəzaların İcrası Məcəlləsində, “İcra məmurları haqqında”, “Polis haqqında”, “İcra haqqında, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun icrası ilə əlaqədar və mövcud qanunların təkmilləşdirilməsi məqsədi daşıyır.
Deputatlar həmçinin Cinayət, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki, Miqrasiya məcəllələrinə edilən dəyişiklikləri də nəzərdən keçiriblər.
“Dövlət rüsumu haqqında” qanunda edilən dəyişikliyə görə, sənədin 10.9-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilir.
İclasda “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Notariat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə də baxılıb.
Müzakirə olunan bütün qanun layihələri səsə qoyularaq qəbul edilib.
Sonda növbədənkənar sessiya Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxElm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18

