Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi
06.07.2018 [09:44]
Prezident İlham Əliyev: Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində qəza, demək olar ki, aradan qaldırıldı, heç bir ağır hadisə baş vermədi
Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel inkişafı təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Bunlarla yanaşı, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə, Azərbaycanın sürətli tərəqqisi və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin qanunauyğun nəticəsidir. Əsas etibarilə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir.
Ölkəmizdə davamlı islahatların reallaşdırılması ilə yanaşı, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Bütövlükdə reallıq budur ki, bu gün ölkəmizin iqtisadi inkişaf sahəsində təcrübəsi mütərəqqi nümunə kimi səciyyələndirilir. İnkişaf milli modelini formalaşdıran Azərbaycan təcrübəsinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, həyata keçirilən çoxşaxəli və məqsədyönlü islahatlar sayəsində bütün sahələrin paralel inkişafı təmin olunub, gələcək tərəqqi üçün etibarlı zəmin formalaşdırılıb. Ümumiyyətlə, uzunmüddətli perspektivdə müstəqil Azərbaycanın strateji inkişaf paradiqmalarının əsasını dayanıqlı inkişafı təmin etmək üçün siyasi və iqtisadi islahatların mütəmadi surətdə paralel aparılması təşkil edir. Nəticədə ölkəmizin inkişafını əks etdirən statistik göstəricilər iqtisadi siyasətin olduqca səmərəli olduğunu təsdiqləyir. Başqa sözlə, Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və davamlı xarakter daşıyır. Müasir çağırışlara uyğun yeni nəsil islahatların həyata keçirilməsi bütün sahələrin inkişafını təmin etməklə yanaşı, yeni perspektivlər yaradır. Digər tərəfdən, Azərbaycanın iqtisadi potensialını artıran və dayanıqlı inkişafa töhfə verən mühüm amillərdən biri müxtəlif sahələri əhatə edən proqramlar və layihələrin uğurla həyata keçirilməsidir.
Heç şübhəsiz müxtəlif sahələri əhatə edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrindən biri də respublikamızda mükəmməl infrastruktur təminatının yaradılmasıdır. Başqa sözlə, ölkəmizdə həyata keçirilən uğurlu strateji kursa uyğun olaraq son 15 ildə bütün ölkə boyu müasir infrastruktur quruculuğu geniş vüsət alıb. Nəticədə ölkənin iqtisadi potensialından daha səmərəli şəkildə istifadə edilməsinə, eyni zamanda, insanların sosial təminatının yaxşılaşmasına, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaranıb. Bütün ölkə üzrə yaradılan müasir infrastruktur bundan sonra onilliklər ərzində dövlətə və xalqa xidmət göstərəcək.
Ölkəmizdə enerji sektoruna son illər ərzində çox böyük investisiyalar qoyulub
O da qeyd edilməlidir ki, bu müddət ərzində müstəqil Azərbaycan sənayenin, aqrar sektorun və əhalinin elektrik enerjisinə getdikcə artan tələbatını sırf daxili istehsal hesabına ödəyib. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Ölkəmizin enerji potensialı hazırda 6400 meqavata bərabərdir. Bu gün respublikanın elektroenergetika sistemində 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır. İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə bu məsələlər xüsusi diqqət mərkəzində olub. Dövlətimizin başçısı qeyd edib ki, son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub: “Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında”.
Bütövlükdə, son 15 ildə müstəqil Azərbaycanda elektroenergetika sisteminin inkişafına xüsusi diqqət göstərilib, dövlət tərəfindən bu sahəyə əhəmiyyətli maliyyə vəsaiti - sərmayələr yönləndirilib. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində bütün ölkə boyu elektroenergetika infrastrukturu qurulub. Maddi-texniki bazanın möhkəmləndirilməsi işləri istehsal obyektlərini, həm də bütün ölkə boyu ötürücü və paylayıcı şəbəkələri əhatə edib. Həyata keçirilən yeni layihələrin fonunda paytaxt Bakıda olduğu kimi, regionlarda da istehlakçıların elektrik enerjisi ilə təchizatı dövlətin xüsusi diqqət mərkəzində olub.
Mingəçevirdəki İES-də baş vermiş qəzadan sonra müvafiq dövlət strukturları tərəfindən effektiv və operativ tədbirlər həyata keçirildi
Şübhəsiz ki, ölkəmizin enerji potensialı istehlakçıların tələbatını ödəməyə imkan verməklə yanaşı, elektrik enerjisi ixracı üçün də geniş imkanlar yaradıb. Amma bütün bunlara baxmayaraq, lokal enerji qaynaqlarının fəaliyyətinin düzgün əlaqələndirilməməsi səbəbindən bir neçə gün öncə bir blokda baş vermiş qəza respublikanın elektrik təchizatına ciddi şəkildə neqativ təsir edib. Yəni Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranıb. Dərhal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb və komissiya tərəfindən müvafiq araşdırma işləri aparılıb. Dövlətimizin başçısı bu məqamlara toxunaraq deyib ki, görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir: “Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır”.
Bunlara paralel olaraq müvafiq dövlət strukturları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində enerjinin verilməsi bərpa edilib, eyni zamanda, vətəndaşlara köməklik göstərilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən təxliyə işləri uğurla aparılıb, vətəndaşlar təxliyə olunublar. Eyni zamanda, daxili işlər orqanları, Bakı Nəqliyyat Agentliyi operativ şəkildə fəaliyyət göstərərək müvafiq tədbirlər həyata keçirdilər. Prezident İlham Əliyev bu məsələləri də diqqətə çatdıraraq deyib: “... Mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində qəza, demək olar ki, aradan qaldırıldı, heç bir ağır hadisə baş vermədi”.
Heç bir ölkə bu cür qəzalardan sığortalanmayıb
Əlbəttə, bu cür hadisələr indiyə qədər dünyanın bir çox dövlətlərində, o cümlədən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə baş verib. Yəni heç bir ölkə bu cür qəzalardan sığortalanmayıb. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, müxtəlif ölkələri əhatə edən bu cür hadisələr hətta bir sıra dövlətlərdə çox ciddi itkilər, xəsarətlər və fəlakətlərlə yadda qalıb. Kütləvi insan tələfatına və ciddi maliyyə itkilərinə səbəb olan bu fəsadların nəticələri asanlıqla aradan qaldırılmayıb, ölkələrin iqtisadiyyatına çox ciddi zərər dəyib. Nəticələrin aradan qaldırılması isə çox uzun zaman lazım olub.
Təbii ki, Azərbaycan da belə hadisələrdən sığortalanmayıb və Mingəçevirdəki İES-də baş vermiş qəza bu cür neqativ hallar sırasında yer alır. Təbii ki, indiki şəraitdə əsas məsələ bir stansiyada baş vermiş qəzanın ölkənin bütün enerji sisteminə zərbə vurması - mənfi təsir etməsidir ki, bu da çox ciddi məsələdir və əsaslı araşdırmaların aparılmasını tələb edir. Şübhəsiz ki, artıq yaradılmış komissiyanın təhqiqatlarından sonra ortaya çıxmış araşdırma materialları əsasında müvafiq tədbirlər görüləcək. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.
Bundan sonra isə hazırlanacaq tədbirlər planı ölkəmizi gələcəkdə bu cür qəzalardan və müxtəlif fəsadlara səbəb olan belə hallardan qoruyacaq. Tədbirlər planına bəhs olunan müşavirədə səsləndirilən təkliflərin salınması da xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev müşavirədə bu məqamlara da toxunub. Dövlətimizin başçısı bildirib: “Əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır”.
Bundan başqa, görüləcək tədbirlər sırasında strateji obyektlərdə generatorların quraşdırılması məsələsi də xüsusi əhəmiyyətə malikdir. Çünki bu, belə hallarda - ekstremal şəraitdə enerji təminatı üçün zəruridir. İlk növbədə, səhiyyə müəssisələrində, metroda bu zəruri tələb yerinə yetirilməlidir. Prezident İlham Əliyev bildirib ki, strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda: “İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb”.
Dövlətimizin başçısı metropolitendə generatorlarun mövcud olmamasını çox acınacaqlı fakt adlandırıb və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsin deyə metronun bütün stansiyalarında generatorların olmasına dair tezliklə təkliflərin verilməsini vurğulayıb.
Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirdi
Mühüm məqamlardan biri budur ki, belə bir çətin şəraitdə Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirdi və mürəkkəb situasiyadan şərəflə çıxmağı bacardı. Bu, Azərbaycan cəmiyyətinə xas olan səciyyəvi xüsusiyyətdir. Ekstremal şəraitdə vətəndaşların bir-birinə köməklik göstərməsi cəmiyyətdəki birliyin aşkar təcəssümü idi. Bu, həm də Azərbaycanda sosiumun olduqca yetkin toplum olduğunu təzahür etdirmiş oldu. Prezident İlham Əliyev bu nüanslara diqqət yetirərək bildirib ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər: “Bütövlükdə, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.
Beləliklə, bəhs olunan halın meydana çıxmasından sonra Prezident İlham Əliyevin baş vermiş qəzanı dərhal şəxsən nəzarətə götürməsi, müvafiq dövlət strukturlarına tapşırıqların verilməsi və təxirəsalınmaz tədbirlərin görülməsi bir məqamı da növbəti dəfə aşkar etdi: ölkəmizdə həyata keçirilən siyasətin əsasında insan amili və ya vətəndaşların mənafeyinin təmin olunması dayanır. Təsadüfi deyil ki, indiyə qədər ölkəmizdə qəbul edilən qərarların əsasında məhz sosialyönümlülük dayanıb, yəni əhalinin rifahı və həyat şəraiti başlıca amil kimi nəzərə alınıb. Azərbaycanda sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Bu, bütün sahələri əhatə edib və bu səbəbdəndir ki, bu gün Azərbaycan vətəndaşları belə yüksək diqqət və qayğını yüksək qiymətləndirirlər. Qeyd etdiyimiz kimi, məhz Mingəçevir İES-də baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər - həyata keçirilən tədbirlər də dövlətin öz vətəndaşlarına xüsusi həssaslıqla diqqət və qayğı göstərməsinin bariz nümunəsidir. Bu, Azərbaycanda həm də xalq ilə dövlət arasında sıx birliyin - həmrəyliyin göstəricisidir. Belə bir reallıq isə Azərbaycanın güclü, qüdrətli dövlət olduğunu əyani şəkildə nümayiş etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18

