Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Gəncədə icra başçısına qarşı törədilən cinayət birbaşa terror aktıdır

Mübariz Qurbanlı: Gəncədə icra başçısına qarşı törədilən cinayət birbaşa terror aktıdır

11.07.2018 [09:08]

“Gəncədə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlərin, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycan güclü dövlətdir, kimlərsə bu cür hadisələrlə ictimai-siyasi sabitliyi poza bilməz: “Bunu din adı altında edənlər əslində dini təhrif edirlər. Çünki bu, dinə aid məsələ deyil. Məsələnin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Əminəm ki, bu məsələdə əli olan hər kəs layiqli cəzasını alacaq. Bunun arxasında duran xarici və ya daxili dairələr varsa, onlar da ifşa olunacaq. Bəziləri bu hadisəni yanlış yerə yozur. Lakin artıq hadisənin mahiyyəti bəllidir. Gəncədə terror aktını törədənlərin kimliyi, onları müdafiə edənlər ortadadır. Bu, yalnız Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir. Onlar öz istəyinə nail olmayacaqlar”.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30