/ / Musa Quliyev: Azərbaycan güclü dövlətdir və məkrli planların reallaşmasına heç vaxt imkan verilməyəcək
Musa Quliyev: Azərbaycan güclü dövlətdir və məkrli planların reallaşmasına heç vaxt imkan verilməyəcək
12.07.2018 [09:59]
“İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında ekstremist dini radikal təmayüllü şəxslərin qanunsuz aksiyasının qarşısının alınması zamanı Gəncədə 2 yüksək rütbəli polis zabiti şəhid olub. Yüksək rütbəli zabitlərin həlak olması, həmçinin Gəncədə keçirilən qeyri-qanuni aksiya bütün Azərbaycan xalqı tərəfindən pislənilir və lənətlənir. Bu hərəkətləri törədənlər, təşkilatçılar, onların arxasında dayanan qüvvələr, müxtəlif sosial şəbəkələrdə və saytlarda çağırışlar edənlərin hamısı aşkar olunmalı və cəzalandırılmalıdır”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu hadisə təkcə Gəncəyə deyil, Azərbaycan dövlətçiliyinə vurulan bir zərbədir. Onun sözlərinə görə, bu, Azərbaycanı güclü dövlət kimi görmək istəməyən qüvvələrin məkrli niyyətinin təzahürüdür.
“Hesab edirəm ki, iyulun 10-da baş verən hadisələrdə Gəncə sakinlərinin bu zorakılıq aksiyasına qarşı çıxması, heç bir dəstək verməməsi reallığı ortaya qoydu. Yəni bu bir daha onu göstərdi ki, bütün Azərbaycan xalqı və Gəncə sakinləri bu qanunazidd dini radikalizmi pisləyir. Eyni zamanda, xalqımız bunu törədənlərə ən ağır cəzaların verilməsini tələb edir. Şübhəsiz ki, Azərbaycan dövləti güclüdür. Belə niyyətli qüvvələrin heç vaxt Azərbaycanda öz məqsədlərinə çatmasına dövlətimiz və xalqımız imkan verməyəcək. Amma ölkədə sabitliyi pozmaq, insanları xof və qorxu altında saxlamaq istəyən və bu niyyətdə olan başqa qüvvələrin də olması istisna deyil. Hesab edirəm ki, qısa müddət ərzində hüquq-mühafizə orqanlarımız bütün bu işin təşkilatçılarını, günahkarlarını, iştirakçılarını aşkara çıxaracaq. Düşünürəm ki, sosial şəbəkələrdə, saytlarda bu məsələ ilə bağlı “fəallıq” göstərən, çağırışlar edən hər kəsin məsuliyyəti ortaya qoyulmalıdır. Öncə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin və həmin hadisənin ardınca belə bir qeyri-qanuni aksiyanın törədilməsi və hadisə nəticəsində 2 yüksək vəzifəli polis zabitinin şəhid olması bizi daha da ayıq-sayıq olmağa çağırır”, - deyə M.Quliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

