Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır

Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır

21.07.2018 [09:43]

“Yeni medianın sürətlə inkişaf etdiyi mərhələdə çap mətbuatına dövlət tərəfindən xüsusi diqqətin və maliyyə dəstəyinin göstərilməsi müsbət haldır. Klassik media ənənələri hər zaman qorunub saxlanılmalıdır. Bu həm də ona görə lazımdır ki, yeni media məhz klassik media ənənələri əsasında inkişaf etsin, jurnalistikanın ənənəvi dəyərləri qorunsun. Bu mənada, Azərbaycan dövləti tərəfindən çap mətbuatının inkişafına diqqət və qayğı ilə yanaşılması mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan KİVDF-yə 1 milyon manatın ayrılması təqdirəlayiqdir: “İnanmıram ki, “Media klubu”nda təmsil olunan şəxslər də çap mətbuatının inkişafının zəruriliyini, eləcə də dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini bilməmiş olsunlar. Görünür ki, hansısa məqsədlər var və onlar bu cür açıqlamalar verir, iddialar irəli sürürlər. Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır. Ona görə də “Media klubu”nda təmsil olunan şəxslərin bu cür yanaşmaları təəssüf doğuran haldır”.

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30