/ / Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
18.08.2018 [09:20]
Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbir barədə Azərbaycan və polyak dillərində “100 il əvvəl Azərbaycanda” sərlövhəli məqalə dərc edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Məqalədə ölkəmizin Polşadakı səfirliyi tərəfindən keçirilən tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş çoxsaylı tədbirlərdən biri olduğu qeyd edilib.
Yazıda, həmçinin polşalı yazıçı Stefan Jeromskinin “Erkən bahar” əsərinə istinad edilərək, ölkələrimiz arasındakı bağların təkcə bu ədəbi əsərlə məhdudlaşmadığı, iki ölkə arasındakı əlaqələrə dair səfirlik tərəfindən müxtəlif mövzulu onlarla kitabın nəşr edildiyi bildirilib.
Məqalədə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun çıxışına da geniş yer verilib. Qeyd edilib ki, səfir çıxışında müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddətdə keçdiyi inkişaf yolundan, həmin dövr ərzində əldə edilmiş nailiyyətlərdən ətraflı bəhs edərək deyib: “Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.
1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini bildirən səfir diqqətə çatdırıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə uğurlu xarici və daxili siyasət yeridən, bütün sahələrdə inkişaf etmiş demokratik dövlət kimi tanınır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının hələ də qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Səfir Azərbaycan-Polşa əlaqələrindən danışaraq qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin çoxəsrlik tarixi var. “Bir çox polyak 100 il bundan əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi uğrunda vuruşub, hətta həlak olublar. Azərbaycan xalqı polyakların bu xidmətini heç vaxt unutmayacaq”, - deyə diplomat vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40

