/ / Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri uğurla inkişaf edir
Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri uğurla inkişaf edir
04.09.2018 [08:52]
Ekspertlər Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərinin iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri yerli və beynəlxalq medianın diqqət mərkəzindədir. Ekspertlər bu səfərin iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirirlər.
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri tərəflər arasında çoxşaxəli münasibətlərin inkişafı kontekstində xüsusi əhəmiyyət kəsb edir. Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələrinin bağladığını deyən millət vəkili əlavə edib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı olduğunu vurğulayan S.Qafarova diqqətə çatdırıb ki, ötən il ölkələr arasında əmtəə dövriyyəsi artıb və müxtəlif sahələri əhatə edən münasibətlər uğurla inkişaf edir: “Dövlətimizin başçısı mətbuat konfransı zamanı bu məsələlərə toxunaraq “Bu gün müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir”, - deyə vurğuladı. Səfər çərçivəsində müxtəlif sənədlərin imzalanması da ayrı-ayrı sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir”.
Millət vəkili onu da qeyd edib ki, iki ölkə arasındakı münasibətlər tarixi köklərə malikdir. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri uğurla inkişaf edir: “Rusiya-Azərbaycan münasibətləri regional əməkdaşlıq və təhlükəsizlik baxımından çox mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində regional təhlükəsizlik, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə predmetinə çevrildi. Rusiyanın bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuz olduğunu deyən Prezident İlham Əliyev “Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”, - deyə bildirdi. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya mühüm rol oynayır”.
Milli Məclisin deputatı Elman Məmmədov isə qeyd edib ki, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mühüm yer tutur: “Azərbaycan ilə Rusiya arasında bir çox sahələri əhatə edən uğurlu və səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri bu münasibətlərin inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir”.
Millət vəkili səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını diqqətə çatdırıb. İki ölkə arasında iqtisadi sahədə də uğurlu və səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu deyən E.Məmmədov əlavə edib ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında iqtisadi, hərbi-texniki, humanitar və digər sahələrdə əlaqələr dinamik xarakter daşıyır və uğurla inkişaf edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

