/ / Müvafiq Dövlət proqramlarının uğurlu icrası Azərbaycan regionlarının dinamik inkişafını təmin edib
Müvafiq Dövlət proqramlarının uğurlu icrası Azərbaycan regionlarının dinamik inkişafını təmin edib
18.10.2018 [08:18]
Prezident İlham Əliyev: Bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir
Bölgələrin potensialından səmərəli şəkildə istifadə edilməsi və bütün ölkə üzrə tarazlı inkişafa nail olunması müstəqil Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biridir. Bu məqsədlə respublikamızda 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və konseptual əsaslarla hazırlanan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları reallaşdırılır. Hazırda üçüncü Dövlət Proqramının icrası uğurla tamamlanmaq üzrədir və 2019-cu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti strateji sənəd qəbul ediləcək.
Bölgələrdə gedən inkişaf insanlarda böyük inam yaradır
Bəhs olunan Dövlət proqramları əsasında bütün ölkə üzrə tarazlı inkişafın təmin olunmasına güclü impuls verən amillərdən biri kimi, Prezident İlham Əliyevin bölgələrə mütəmadi hal alan səfərlərinin önəmini ayrıca vurğulamaq lazımdır. Elə bu günlərdə Azərbaycanın dövlət başçısı bir sıra rayonlarda səfərlərdə olub. Bu səfərlər, adətən, izsiz ötüşmür. Prezident İlham Əliyev regionlara səfərləri zamanı bir qayda olaraq ictimaiyyətin nümayəndələri ilə görüşür, onları narahat edən məsələlərlə maraqlanır, təkliflərini alır. Sonradan bütün bunlar müvafiq Dövlət proqramlarında, Prezidentin imzaladığı strateji əhəmiyyətli digər sənədlərdə öz əksini tapır. Prezident İlham Əliyev oktyabrın 11-də Quba rayon Mərkəzi Xəstəxanasının açılışından sonra səhiyyə ocağının kollektivi ilə görüşündəki çıxışında ölkəmizi fərqləndirən bu mühüm amilə bir daha diqqət çəkərək vurğulayıb: “Mən daim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır”.
Son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası respublikanın bütün bölgələrində müsbət reallıqlar yaradıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Prezident İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında inkişafın ölkənin bütün bölgələrini əhatə etməsindən xüsusi məmnunluğunu diqqətə çatdırıb. “Bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir. Ölkəmizin bu uğurlu inkişafı, əlbəttə ki, xalqımızı da sevindirir”, - deyə dövlət başçısı vurğulayıb.
Bölgələrin tarazlı şəkildə inkişafının təmin edilməsinin ən uğurlu nəticələrindən biri isə ölkə üzrə insanların yaşadıqları rayonlardan, kəndlərdən iri şəhərlərə, paytaxt Bakıya axınının dayanmasıdır. Vurğulamaq yerinə düşər ki, artıq respublikamızda əks proses başlayıb. İnsanlar bölgələrdə yaşamağa, regionlardakı müasir infrastrukturdan, yüksək səviyyəli kommunal xidmətlərdən bəhrələnərək burada həyatlarını qurmağa üstünlük verirlər.
Bölgələrdə əsas infrastruktur layihələrinin icrası tamamlanmaq üzrədir
Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair bəhs olunan Dövlət proqramlarının icrasına müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılması ilə start verilib. Ölkəmizdə müasir infrastruktur quruculuğu siyasəti müxtəlif sahələri əhatə edir. Son 15 ildə regionların “mavi yanacaq” təminatında vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkə üzrə qazlaşdırmanın səviyyəsi 94 faizə çatdırılıb.
2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Prezident İlham Əliyev regionlara son səfərləri çərçivəsində oktyabrın 15-də Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib. Lerik şəhər mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşən elektrik stansiyası ən müasir avadanlıqlarla təchiz edilib. Oktyabrın 15-də Prezident İlham Əliyev Lənkəran rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasının açılışında iştirak edib.
Ölkəmizin generasiya gücləri sırasına həmçinin Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkı da əlavə olunub. Cari il oktyabrın 11-də Prezident İlham Əliyev yeni generasiya obyektinin açılışı münasibətilə keçirilən tədbirə qatılıb. Burada yanvar ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır.
Ötən 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb. Regionlara son səfərləri çərçivəsində Prezident İlham Əliyev oktyabrın 15-də “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması, həmçinin “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimlərdə iştirak edib. Dövlət başçısı Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında növbəti illərdə yeni belə açılışların olacağını bildirərək deyib: “Bir çox rayonlarımızda içməli su layihələri icra edilir. Artıq açılışlar da olub, növbəti illərdə də açılışlar olacaq. Qarşıya məqsəd qoyulubdur ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin və beləliklə, biz ölkə qarşısında duran əsas infrastruktur məsələlərini həll etmiş oluruq”.
Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksək səviyyəli infrastruktur quruculuğu prosesini həmçinin bütün respublika üzrə kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. 2004-cü ildən bəri respublikamızda 15 min kilometr yol çəkilib, 443 körpü tikilib. Prezident İlham Əliyev regionlara son səfərləri çərçivəsində daha bir neçə yolun açılışına qatılaraq Özünün dəyərli tövsiyələrini verib. Yol layihələrinin icrası perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında bunu nəzərə çatdıraraq “Gələn ilin Dövlət İnvestisiya Proqramında yeni, növbəti layihə nəzərdə tutulur. Beləliklə, hesab edirəm ki, bütün kəndlərin yolları çox gözəl səviyyəyə çatdırılacaqdır”, - deyə bildirib.
Ölkəmizdə sosial təyinatlı infrastruktur obyektlərinin tikintisi də diqqət mərkəzində saxlanılır. Son 15 ildə respublikanın ayrı-ayrı bölgələrində 3 mindən çox məktəb, təxminən 600 tibb müəssisəsi tikilib və yaxud yüksək səviyyədə yenidən qurulub. Dövlət başçısı regionlara son səfərləri çərçivəsində həmçinin Lənkəran Olimpiya İdman Kompleksinin, Quba rayon Mərkəzi Xəstəxanasının və digər sosial təyinatlı obyektlərin açılış mərasimlərinə qatılıb, İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında iştirak edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

