Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Uruqvay arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanlar var

Azərbaycan ilə Uruqvay arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanlar var

26.10.2018 [09:22]

Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandini ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov paytaxtımızda təşkil edilən “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda Foruma qatılan Xorxe Qandininin bu tədbirdə iştirakının ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Bakı Forumunun artıq ənənəyə çevrildiyini vurğulayan Baş nazir ölkəmizin bir çox yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini söyləyib.
Azərbaycan ilə Uruqvay arasında müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Novruz Məmmədov hər iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrinin daha da genişləndirilməsi imkanları barədə danışıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir problemin ancaq beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkün olduğunu nəzərə çatdırıb.
Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandini Bakıda keçirilən Forumda iştirak etmək üçün dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib. Qonaq regionun inkişaf edən ölkələrindən olan Azərbaycanda, qədimliklə müasirliyin vəhdətini özündə birləşdirən paytaxtımızda olmasından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30