/ / Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
20.11.2018 [09:18]
Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi dövlətimizin başçısının şəhid ailələrinə diqqət və qayğısının növbəti təzahürüdür və bu proses qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla şəffaf şəkildə həyata keçirilir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətlənib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə də dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir”.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərilir. Son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının artmasına daha geniş şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. Bütövlükdə respublikamızda dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır.
Baş redaktor əlavə edib ki, son 15 ildə Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalayıb. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncama uyğun olaraq, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət vəsaiti hesabına hər cür rahatlığa malik mənzillər verilir. Ölkəmizdə müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlət vəsaiti hesabına minik avtomobillərinin verilməsi də ənənə halını alıb. Respublikamızda müharibə əlillərinə, şəhid ailələrinə minik avtomobilləri, mənzillər verilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Son iyirmi il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib ki, bu da dövlətin müvafiq kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir.
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37

