/ / Azərbaycan çoxvektorlu və praqmatik xarici siyasət kursu ilə regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir
Azərbaycan çoxvektorlu və praqmatik xarici siyasət kursu ilə regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir
29.11.2018 [09:49]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bölgədə önəmli ölkəyə çevrilib, dünyadakı rolumuz artır, bizim beynəlxalq mövqelərimiz möhkəmlənir, dünya ictimaiyyəti bizim siyasətimizi dəstəkləyir
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Digər tərəfdən, belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə malik olan dövlətlər sabitlik və inkişafa nail olurlar. Bu kontekstdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təcrübəsi unikal və mütərəqqi nümunə kimi çıxış edir.
Azərbaycanın xarici siyasəti sırf ölkənin milli maraqlarına əsaslanır və əsas strateji hədəf ölkəmizin beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsidir. Bu kontekstdə həyata keçirilən çoxşaxəli, tarazlaşdırılmış və praqmatik xarici siyasətin qanunauyğun nəticəsi kimi, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışı zamanı bu məqamlara toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir: “Bizimlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Gələn il biz BMT-dən sonra ikinci böyük təşkilata - Qoşulmama Hərəkatına sədrlik etməyə başlayacağıq. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Bəzi təşkilatların üzvüyük, bəzi təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir”.
Azərbaycan regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır
Azərbaycanın xarici siyasət kursunun xarakterik xüsusiyyətlərindən biri də odur ki, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Ölkəmizin iştirakı ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırıb: “Bu gün Azərbaycan bölgədə önəmli ölkəyə çevrilib, dünyadakı rolumuz artır, bizim beynəlxalq mövqelərimiz möhkəmlənir, dünya ictimaiyyəti bizim siyasətimizi dəstəkləyir. Bunun ən bariz nümunəsi odur ki, bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçmişdir. Bu, dünyanın Azərbaycana olan dəstəyinin təzahürüdür”.
Şübhəsiz ki, beynəlxalq miqyasda əminliklə ifadə olunur ki, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir. Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Prezident İlham Əliyev 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd edib ki, regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər siyasi çəkimizi böyük dərəcədə artırıb: “Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz prinsipial siyasət aparırıq. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetiririk və bundan sonra da bu yolla gedəcəyik”.
O da qeyd edilməlidir ki, Azərbaycanın iştirakı ilə regional və beynəlxalq əməkdaşlıq, sabitlik və təhlükəsizlik kontekstində müstəsna - strateji əhəmiyyətə malik olan tarixi hadisələrdən biri avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanmasıdır. Ümumiyyətlə, Aktau Zirvə toplantısında qəbul edilmiş qərarlar Xəzəryanı ölkələrin maraqlarına cavab verir, Xəzər regionunda əməkdaşlığın genişlənməsinə xidmət edir. Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycanın tarixi əhəmiyyətə malik olan xüsusi rolu var. Azərbaycan bu məsələ ilə bağlı danışıqların aparıldığı müddətdə Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib, bütün tərəflərin mənafelərini nəzərə alıb. Bütövlükdə, Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanmış Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən etməklə yanaşı, regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir və siyasi, iqtisadi, geostrateji baxımdan müstəsna əhəmiyyətə malikdir. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu məqamlara toxunan dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, bu il bizim iştirakımızla bir neçə önəmli beynəlxalq hadisə baş vermişdir. Onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini mən xüsusilə qeyd etmək istərdim. Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəlibdir. Yəni, bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir”.
Azərbaycanın təşəbbüsü ilə yeni regional əməkdaşlıq formatlarının yaradılması strateji əhəmiyyətə malikdir
Bunlarla yanaşı, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Başqa sözlə, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasət kursunda region ölkələri ilə, eləcə də işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm daşıyır. Beləliklə, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycanın iştirakı ilə keçirilən üçtərəfli görüşlər regional əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd etdiyimiz kimi, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə də sıx əməkdaşlığa və yüksək səviyyəli, qarşılıqlı faydalı əlaqələrə malikdir. Bu isə, şübhəsiz ki, regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə və səmərəli əməkdaşlığın inkişafına xidmət göstərir. Dövlətimizin başçısının VI Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində qeyd etdiyi kimi: “Hesab edirəm ki, xarici siyasətlə bağlı apardığımız işlər gözəl nəticələrə gətirib çıxarır. İlk növbədə, biz qonşu ölkələrlə çox səmimi, mehriban qonşuluq, dostluq münasibətləri qura bilmişik. Hər bir ölkə üçün onun qonşuları ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim münasibətlərimiz çox yüksək səviyyədədir, həm siyasi, iqtisadi, bütün başqa sahələrdə, o cümlədən humanitar əməkdaşlıq sahəsində”.
Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini şərtləndirən strateji əhəmiyyətli amillərdən biri ölkəmizin ikitərəfli münasibətləri uğurla davam və inkişaf etdirməsidir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Belarusa və Türkmənistana səfərləri respublikamızın bu iki ölkə ilə münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, regional əməkdaşlığın dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Bu kontekstdə bir sıra məqamlara xüsusi nəzər yetirmək məqsədəmüvafiqdir.
Əvvəla qeyd edək ki, qarşılıqlı səfər və görüşlər Azərbaycan və Belarus arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusa 5 dəfə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana 4 dəfə rəsmi səfər edib. Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin uğurla inkişaf etdiyini göstərir. Səfər nəticəsində iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Şübhəsiz ki, ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”dır. Bəyanatın 1-ci bəndində diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər. Sözügedən bəyanatda, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub. Bəyanatın 6-cı bəndində vurğulanıb ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd etdilər. Əlbəttə, bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Şübhəsiz ki, bu reallıqlar Azərbaycan-Belarus münasibətlərinin yüksək etimada əsaslandığını, hər iki tərəfin milli maraqlarına xidmət etdiyini göstərir. Bütövlükdə isə, səfər çərçivəsində əldə olunan razılıqlar ikitərəfli münasibətlərin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində isə dövlət başçılarının Birgə Bəyanatının və müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilənin imzalanması ikitərəfli münasibətlərin daha da inkişafında vacib rol oynayır. Digər tərəfdən, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun imzaladıqları Birgə Bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə olunması mühüm önəm daşıyır.
Ümumiyyətlə, Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən işlər görülür. Başqa sözlə, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, hər iki ölkənin münasibətlərinin inkişafı regionda əməkdaşlıq və təhlükəsizliyə müstəsna töhfələr verir. Ekspertlər bu kontekstdə “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanmasına xüsusi diqqət yetirirlər. Yeri gəlmişkən, səfər zamanı imzalanmış dövlət başçılarının Birgə Bəyanatında da bu məsələ öz əksini tapıb. Birgə Bəyanatda qeyd edilib ki, prezidentlər 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd etdilər.
Bütövlükdə, Azərbaycan çevik və çoxşaxəli siyasət həyata keçirir, əldə edilən nəticələr isə ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu məqamlara toxunan dövlətimizin başçısı bildirib ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır: “İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.
Nəticə etibarilə, uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib. Reallıq budur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Eyni zamanda, Azərbaycan çoxvektorlu və praqmatik xarici siyasət kursu ilə regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

