Ulu öndər Heydər Əliyevin ideyaları daim yaşayacaq
13.12.2018 [10:08]
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qoruyub saxlaması, gücləndirməsi, inkişaf etdirməsi, hər bir Azərbaycan vətəndaşına bu dövlətin taleyi və gələcəyi üçün məsuliyyətli olmaq vərdişini aşılaması, müstəqil Azərbaycanın vətəndaşının tərbiyəsi istiqamətindəki işləri ölçüyəgəlməzdir. Bu gün biz belə ölkənin, getdikcə daha artıq tanınan, zənginləşməkdə olan bir dövlətin vətəndaşı olduğumuz üçün qürur duyuruq. O qeyd edib ki, Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyev tarix boyu xatırlanacaq: “Ulu öndər Heydər Əliyev hər gün həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn qonaqlar tərəfindən yad olunur, Onun keçdiyi həyat yolu daim xatırlanaraq dəyərləndirilir. Mən Heydər Əliyev haqqında Onunla şəxsən tanış olan, yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan, həyatımda əhəmiyyətli izi olan bir insan kimi danışıram. Birmənalı olaraq deyə bilərəm ki, Heydər Əliyev böyük şəxsiyyət olub”.
Milli Məclis sədrinin müavini əlavə edib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi: “Heydər Əliyev həmin ildə Prezident seçilməklə Azərbaycan dövlətini inkişaf etdirmək üçün çox böyük bir vəzifəyə rəsmən başladı, Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu”.
B.Muradova hesab edir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci dövrü Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki Ulu öndər məhz bu dövrdə Azərbaycan dövlətinin müstəqilliyini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin edən, Azərbaycanı öz imkanlarının, potensiallarının sahibinə çevirən və birmənalı şəkildə “Azərbaycan dövləti var, onunla hesablaşmaq lazımdır və dünya durduqca Azərbaycan da dünya ölkələri sırasında olacaq” fikrini möhkəmləndirən bir fəaliyyət həyata keçirib.
Bahar Muradova deyib ki, bu gün Azərbaycanda Heydər Əliyev ideyaları ideya formasında deyil, onlar realdırlar, həyatdadırlar: “Bu işin başında siyası varis, möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Biz Onun rəhbərliyi ilə Heydər Əliyevin nəzərdə tutduğu layihələri həyata keçirməkdəyik. Hesab edirəm ki, bu, davam etdikcə Heydər Əliyevin dəyəri, Onun xidmətləri getdikcə daha artıq nəzərə çarpacaq. Azərbaycanın gələcəyi parlaqdır, parlaq gələcəyin də qurucusu birmənalı olaraq Ulu öndər Heydər Əliyevdir”.
Bakı Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarovun da böyük öndərimiz haqqında unudulmaz xatirələri var. Onun fikrincə, Heydər Əliyev elə bir şəxsiyyət idi ki, gələcəyi aydınlığı ilə görürdü: “O, sənətə və sənətkara layiqli qiymət verən humanist, alicənab şəxsiyyət idi. Ulu öndər Heydər Əliyevdən o qədər səmimiyyət, diqqət görmüşəm ki, sadalamaqla qurtarmaz. Onu bu xalqa sevdirən doğma Azərbaycanı varlığı qədər sevməsi və əziz tutması olub. Azərbaycanın bir dövlət olaraq formalaşması məhz Onun adı ilə bağlıdır. Respublika ərazisində baş verən hər bir yenilik, uğur Onun qədərsiz sevincinə səbəb olurdu. Bütün bunları öz taleyimdə çox görmüşəm. Əlimə tişə alıb müxtəlif fiqurlar, büstlər, monumental heykəllər ərsəyə gətirəndən heç vaxt özüm haqqında yüksək fikirdə olmamışam. Lakin əl işlərimə, əsərlərimə qədirbilən insanlar tərəfindən marağı, məhəbbəti görəndə daha da həvəslə işləmişəm. Memarlığı, təsviri və tişə sənətini incəliklərinə qədər duyan, yeri gələndə haqlı irad tutan, yaxud tərifləyən Heydər Əliyev, demək olar, hər bir yeni işimə baxış keçirər, münasibətini bildirərdi”.
Ö.Eldarov Ulu öndərimizlə ilk tanışlığı belə xatırlayır: “Ulu öndər Heydər Əliyevlə ilk tanışlığım 1950-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində olub. Mən orada Repin adına Ali Rəssamlıq İnstitutunda oxuyurdum. O vaxta qədər cəmi bir dəfə Bakıda təşkil olunan sərgidə “Pambıqçı” və “Neftçi portreti” əsərlərimlə iştirak etmişdim. Ümumiyyətlə, Heydər Əliyev çox diqqətcil insan idi. Bir dəfə qərib şəhərdə I Pyotrun monumental heykəlinə tamaşa edirdim. Bir nəfər hündürboy, gülərüz şəxs durduğum səmtə yaxınlaşdı. Məni çoxdan tanıyırmış kimi salam verib, əl uzatdı. Kefimi soruşdu, təhsilimlə maraqlandı. Bir müddət sözünə ara verəndən sonra dedi: “Ömər, mənim adım Heydərdir. Sənin yaradıcılığına hörmətim var. Çünki əmək adamlarının obrazlarını yaradırsan. Yaxşı edirsən. Ancaq unutma, halallıq, alın təri ilə qazanılan şöhrəti təsvir edirsənsə, bu, qondarma, uydurma elementlərdən uzaq olmalıdır. Sənin “Neftçi portreti” büstünə baxmışam. İlk baxışdan pis deyil. Amma xeyli tələsmisən. Su üzərində xarüqələr yaradan insanın baxışlarında tez sahilə çıxmaq, evinə, ailəsinin yanına tələsmək arzusu da var. Sən o həsrəti, nisgili verə bilməmisən”. Hələ o vaxt sənətşünas kimi irad tutan şəxslə mehribanlıqla, yenə görüşmək ümidi ilə sağollaşıb ayrıldım. Onun səsindəki qətiyyət, inamla dedikləri sözlər günlərlə yadımdan çıxmadı”.
Ö.Eldarov deyib ki, müstəqilliyimizin ilk illərində dövlətçiliyimiz məhv olmaq təhlükəsilə qarşı-qarşıya idi: “Amma əməlləri ilə xalqın məhəbbətini qazanmış Heydər Əliyev Azərbaycanı təhlükələrdən xilas etdi. Bu dövrdə də bizim görüşlərimiz, söhbətlərimiz olub. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bir dəfə Ulu öndərlə yaradıcılıq emalatxanamda görüşdük. Onun vəfalı ömür-gün yoldaşı, mərhum Zərifə xanımın qəbirüstü abidəsi üzərində işləyirdim. Abidəyə diqqətlə baxdı. Bir qədər əvvəl sifətində olan xoş duyğulardan əlamət qalmadı. Ürəyimdən keçdi ki, yəqin işi bəyənməyib. Nə biləydim ki, son dərəcə kövrək ürəkli şəxsiyyət ötən illəri, həyat yoldaşı ilə birgə ömür sürdükləri anları xatırlayıbmış. Bir qədər fasilədən sonra “Sağ ol, Ömər, sən Zərifə xanıma ikinci ömür vermisən” dedi”.
Zaman keçdikdən sonra Ulu öndər Heydər Əliyev Ö.Eldarovu Bakı Rəssamlıq Akademiyasının rektoru təyin edir. Xalq rəssamı həmin günü belə xatırlayır: “Bir dəfə məni Onun qəbuluna dəvət etdilər. Görüşümüzdə Ulu öndər Heydər Əliyev dəvətinin səbəbini deyəndə özümü itirərək sevincimi gizlədə bilmədim. Dedi ki, Bakıda Rəssamlıq Akademiyası yaratmaq istəyir. Bu təşəbbüsə münasibətimi soruşdu. Mənim isə həqiqətən ürəkdən sevinməyə əsasım vardı. Çünki yarım əsrdən artıq vaxt ərzində həmkarlarımın ali təhsil almaq üçün nə kimi əziyyətlər çəkdiklərini görmüşdüm. Moskvaya, Leninqrada, Gürcüstana gedir, rəssamlıq üzrə ali məktəblərə, akademiyalara qəbul olunurdular. İndi bu xoşbəxtlik özümüzə qismət olacaqdı.
Artıq neçə illərdir ki, Rəssamlıq Akademiyası unudulmaz şəxsiyyətin tövsiyəsinə uyğun fəaliyyət göstərir. Ümummilli liderimizə məhəbbətimiz əbədidir, Onun işıqlı obrazını hər gün yaddaşımızda, gözlərimiz önündə canlandırırıq. Heykəltəraşlar adətən sevdiyi insanların obrazını yaradır. Fəxri xiyabanda Ulu öndərin möhtəşəm abidəsini mən yaratmışam. Çalışmışam ki, fundamental abidədə tarixi şəxsiyyətin ömrü ərzində örnək olası ictimai-siyasi fəaliyyətini qabarıq təsvir, tərənnüm edim. Heykələ diqqətlə baxanda görmək mümkündür ki, artıq xatirəyə çevrilən, daşlaşmış obraz yenə də canlıymış kimi özünün arzuladığı, illər boyu qətiyyətlə mübarizə apardığı işıqlı sabahlara inamla boylanır. Onun əsasını qoyduğu dövlət, dövlətin getdiyi uğurlu, nurlu yolda Azərbaycan Prezidentimiz İlham Əliyevin rəhbərliyilə inamla addımlayır”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb: “Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər Əliyev hələ bundan sonra onilliklər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Ümummilli lider hazırda aparıcı dünya dövlətlərinin hesablaşdığı respublikamızın hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin ideyaları hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir və yeni-yeni uğurlara yol açır. Bu gün Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirib”.
F.Əlizadə qeyd edib ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan getdikcə daha müasir və daha sivil dövlətə çevrilir: “Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman mədəniyyət və incəsənət sahəsinə böyük qayğı göstərib. O, hər zaman yaradıcı insanlara diqqətlə yanaşırdı və onların böyük dostu idi. Bu siyasəti davam etdirən Prezidentimiz İlham Əliyev digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatları daha da sürətləndirməyə başlayıb. Mədəniyyət, incəsənət nümayəndələri daha geniş formada dövlətin qayğısı ilə əhatələnib, həmçinin onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 15 il ərzində mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın əsl himayədarı olub, o cümlədən Öz Fərman və sərəncamları ilə bu inkişafa güclü stimul yaradıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46

