Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub
28.02.2019 [16:48]
Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, yeni vəzifəsində Qulamrza Süleymaniyə uğurlar arzulayıb. Ali Məclisin Sədri ölkə prezidentləri arasındakı xoş münasibətin Azərbaycan-İran əlaqələrinin inkişafında mühüm amil olduğunu bildirib. Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri arasındakı iqtisadi və mədəni əlaqələrdən bəhs edən Ali Məclisin Sədri gömrük-keçid məntəqələrinin fəaliyyətini və gediş-gəlişin artmasını əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.
Ali Məclisin Sədri muxtar respublikanın iş adamlarının Maku Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrindən danışıb və səfərin əhəmiyyətini vurğulayıb.
Qulamrza Süleymani İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbəri Morteza Bankın və Qərbi Azərbaycan Vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarinin salamlarını Ali Məclisin Sədrinə çatdırıb. Maku Azad Ticarət və Sənaye Zonasının fəaliyyətindən danışan Qulamrza Süleymani ikitərəfli əlaqələrə və Naxçıvan Muxtar Respublikasının inkişafına diqqət çəkib, əməkdaşlığın perspektivlərini qeyd edib.
Ali Məclisin Sədri İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbərinin və Qərbi Azərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür edib, onun da salamlarını Morteza Banka və Məhəmməd Mehdi Şəhriyariyə çatdırmağı xahiş edib.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04

