/ / Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi qeyd edilib
Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi qeyd edilib
07.05.2019 [09:17]
Mayın 6-da Bakıda Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, BMT və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri, nümayəndənin səlahiyyətlərini müvəqqəti icra edən Oktavian Mohorea “Fuji Optical” şirkətinin 15 ildir xeyirxah missiya həyata keçirdiyini və 31 mindən çox qaçqın, məcburi köçkün, aztəminatlı ailənin bu aksiyadan yararlandığını deyib. O, humanitar aksiyanın bu həftədən etibarən yenidən başlayacağını və Bakı ilə yanaşı, regionlarda da həyata keçiriləcəyini diqqətə çatdırıb.
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu xeyirxah təşəbbüsə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Gündoğar ölkənin özəl şirkətinin 2005-ci ildən ölkəmizdə xeyirxah missiyalar həyata keçirdiyini deyən Əli Həsənov təxminən 59 min yüksəkkeyfiyyətli eynəyin paylanıldığını, minlərlə qaçqın, məcburi köçkün və aztəminatlı ailənin ödənişsiz göz müayinəsi xidmətlərindən faydalandığını qeyd edib. O, şirkətin rəhbəri Akio Kanainin 2006-cı ildə “Nansen Qaçqın Mükafatı” ilə təltif olunduğunu xatırladıb.
Baş nazirin müavini Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf etdiyini vurğulayıb. O, dövlətimizin başçısının bu əlaqələrin genişlənməsinə diqqət göstərdiyini bildirib. O, ölkəmizə humanitar yardım göstərən ölkə və təşkilatların xeyirxah təşəbbüslərinin hər zaman yüksək qiymətləndirildiyini deyib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai “Fuji Optical” şirkətinin Azərbaycanda həyata keçirdiyi humanitar missiyalara 2,8 milyon dollardan çox vəsait xərcləndiyini deyib. Əlavə edib ki, 1992-ci ildən etibarən BMT QAK Azərbaycana humanitar yardımlar edir. Humanitar yardımlar davamlı inkişaf məqsədlərinə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından didərgin salındığını deyib. O, Azərbaycanın çətin günlərində ona yardım edən hər bir ölkə və təşkilata, o cümlədən Yaponiyanın “Fuji Optical” şirkətinə minnətdarlığını bildirib.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tereyuki Katori humanitar missiyanın 15 illiyinin qeyd edilməsinin qürurverici olduğunu deyib. Səfir Yaponiyanın Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib.
“Fuji Optical” şirkətinin rəhbəri Akio Kanai yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, səhhəti imkan verdikcə bu aksiyanı davam etdirəcəyini deyib. A.Kanai missiyanın ərsəyə gəlməsində köməyi olan hər kəsə, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.
Qeyd edək ki, bu il, “Fuji Optical” şirkəti BMT QAK-a 3300 eynək, həmçinin görmə və eşitmə ilə əlaqəli digər əşyalar ianə edib. Şirkət mayın 7-dən 13-dək Yevlax, Goranboy və Bakı şəhərlərində altı gün ərzində eynək paylanılmasını həyata keçirməklə yanaşı, 2400 məcburi köçkün, qaçqın və sığınacaq axtaran şəxsi müayinə etməyi planlaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08

