/ / Sahib Alıyev: Azərbaycan xalqı hər gün Ali Baş Komandandan müzəffər ordumuzun zəfər xəbərlərini gözləyir
Sahib Alıyev: Azərbaycan xalqı hər gün Ali Baş Komandandan müzəffər ordumuzun zəfər xəbərlərini gözləyir
24.10.2020 [08:45]
“Məlum olduğu kimi, Azərbaycan artıq 30 ildir ki, terrorçuluğu dövlət siyasətinə çevirən işğalçı Ermənistanın təcavüzü ilə qarşı-qarşıya qalıb. Düşmənin növbəti təxribatına cavab olaraq Ali Baş Komandanın əmri ilə həyata keçirilən əks-hücum əməliyyatlarının uğurla davam etməsi terrorçu Ermənistanın mənfur simasını bir daha ortaya çıxarıb. İşğalçı Ermənistan öz faşist və təcavüzkar mahiyyətinə uyğun olaraq Azərbaycanın cəbhəyanı ərazilərdə yerləşən rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur. Bu təəccüblü deyil. Biz hələ 1990-cı illərdə düşmənin buna bənzər terrorçuluq əməllərinin şahidi olmuşuq. Təbii ki, ölkəmizin dinc əhalisinə ciddi təhlükə yarandığı üçün dövlətimiz terrorçuların cavabını verir, raketlərin atıldığı legitim hədəflər məhv edilir və bundan sonra da məhv ediləcək”.
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin üzvü Sahib Alıyev deyib.
Deputatın sözlərinə görə, bir həftədə iki dəfə humanitar atəşkəs elan olunsa da, Ermənistan tərəfi bu atəşkəsin prinsiplərinə riayət etməyib, əksinə yenidən işğal və təcavüz siyasətini davam etdirib: “Humanitar atəşkəs elan olunmasına baxmayaraq, təxribatlarını davam etdirən, Azərbaycanın azad etdiyi yaşayış məntəqələrini geri qaytarmaq istəyən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusu tərəfindən darmadağın edilib. Döyüşdə məğlub olan Ermənistan tərəfi yenə də cəbhəboyu kəndlərimizi ağır artilleriya və raket atəşinə tutur, evləri və infrastrukturu dağıdır. Düşmənin terrorçuluq fəaliyyəti o həddə çatıb ki, onlar Gəncənin yuxuda olan, Tərtərin dəfn mərasimində iştirak edən dinc sakinlərini qətlə yetirməklə məşğuldur”.
S.Alıyev deyib ki, Ermənistan işğal etdiyi əraziləri uzun müddətdir ki, terrorçuluq, qaçaqmalçılıq meydanına çevirdiyi üçün Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının tam qələbə ilə başa çatması, ümumlikdə, regionun təhlükəsizliyi baxımından da əhəmiyyətli olacaq: “Eyni zamanda, günahsız uşaqları hədəfə alan, dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alacaq. Çünki Azərbaycan Ordusunun Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün apardığı əks-hücum əməliyyatları uğurla davam edir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hər gün yeni-yeni qələbələrə imza atır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həyata keçirilən hərbi əməliyyatlara, xilaskarlıq missiyasına rəhbərlik edən Ali Baş Komandana xalqımızın inamı da sonsuzdur. Təsadüfi deyil ki, Azərbaycan xalqı hər gün Ali Baş Komandandan müzəffər ordumuzun zəfər xəbərlərini gözləyir”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26

