/ / Hikmət Babaoğlu: Rusiya Prezidentinin mövqeyi tarixi və hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır
Hikmət Babaoğlu: Rusiya Prezidentinin mövqeyi tarixi və hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır
19.11.2020 [08:56]
“Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəfləri ilə diqqəti çəkir. Bunlardan biri, hər şeydən öncə, onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikirdir ki, bu, əslində, 100 ildir ki, ermənilər tərəfindən spekulyasiya edilən mövzuya birdəfəlik son qoydu”.
Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, beləliklə, Rusiya Prezidentinin bu mövqeyi həm tarixi, həm də hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır: “İkincisi, Rusiya Prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində, həm də BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq təcavüzə qarşı özünün seçdiyi müttəfiqlərlə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu deyir. Elə Türkiyə-Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək Ankaranın mövqeyinin əsla beynəlxalq hüquqa zidd olmadığını ifadə edir. Nəhayət, Rusiya Federasiyasının da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlıq Qarbağla bağlı məsələnin heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aidiyyatı olmadığını deyir”.
Hikmət Babaoğlunun sözlərinə görə, bütün bunlar əslində Azərbaycanın regionda yaratdığı yeni geostrateji reallığın şərtlərinin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir: “Düşünürəm ki, Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı maarifləndirmə xarakteri daşıyır. Eyni zamanda, Putin informasiya məkanına da Rusiyanın rəsmi mövqeyini izah edir. Ona görə də bəzi rus media qurumları da bundan müəyyən nəticə çıxarmaqla öz informasiya siyasətlərinə düzəlişlər etməli olacaqlar.
Ən sonda isə Putin Azərbaycan ordusunun ən müasir və güclü ordulardan biri olduğunu düzgün qiymətləndirərək deyir ki, Ermənistan bu anlaşmanı qəbul etməsə, intihar etmiş olacaq. Bütün bunlar isə növbəti mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perspektivlər yaradır. Bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26

