/ / Əlisahib Hüseynov: Qədim Qarabağımızın tarixi bundan sonra zəfər və uğur səhifələri ilə zənginləşəcək
Əlisahib Hüseynov: Qədim Qarabağımızın tarixi bundan sonra zəfər və uğur səhifələri ilə zənginləşəcək
20.11.2020 [09:38]
“Noyabrın 16-da ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına səfər etmələri 44 günlük müharibədəki şanlı Qələbəmizdən sonra Azərbaycan tarixinin yeni, qürur dolu anlarından biri oldu”. Bunu qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, Ali Baş Komandanın Füzuli rayonunda əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanması tarixi Qələbəmizin təntənəsi kimi qiymətləndirilməlidir. Bu, bir xalqın öz qalib Liderinə sevgisinin və minnətdarlığının təzahürü idi. Bu, həm də 44 gün davam edən İkinci Qarabağ müharibəsində cənab İlham Əliyevin bir Ali Baş Komandan kimi yorulmaz mübarizəsinin, cəsarətinin mükafatıdır.
Onun sözlərinə görə, Prezidentin və birinci xanımın 28 illik işğala son qoyulduqdan sonra 16 noyabrda Qarabağa etdikləri tarixi səfər və eləcə də Qarabağa, Şuşaya aparan yeni yolun təməlinin qoyulması işğalçıların viran qoyduğu bu qədim bölgəmizə yeni nəfəsin və abadlığın gəlişinin müjdəsini verdi. Dövlət başçısı bəyan etdi ki, işğaldan azad edilmiş rayonlarımız tezliklə planlı şəkildə bərpa ediləcək, xarici və yerli şəhərsalma mütəxəssislərinin iştirakı ilə Qarabağda tamamilə modern bir şəhərsalma planı həyata keçiriləcək, eyni zamanda, ekoloji tarazlıq yenidən bərpa olunacaq, ermənilərin törətdiyi ekoloji terrorun ağır nəticələri aradan qaldırılacaq.
Partiya sədri qeyd edib ki, Prezidentin və xanımının tarixi Xudafərin körpüsünü ziyarət etmələri isə bu səfərin əhəmiyyətini bir qədər də artırdı: “Bu gün ölkədə hamı Prezident İlham Əliyevin və Mehriban xanımın Xudafərini ziyarət etmələrindən danışır. Bu ziyarət cəmiyyətdə müsbət mənada böyük rezonans doğurdu. Sosial şəbəkələrdə hamı həmin ziyarətin əks olunduğu fotoşəkilləri paylaşır. Çünki bu ziyarət hamımız üçün xüsusi rəmzi məna daşıyır. Xudafərin körpü-abidə kompleksi bütün azərbaycanlıların qürur yerlərindən biri sayılır. Çünki Xudafərin sadəcə körpü və ya tarixi abidə deyil. Xudafərin ilk növbədə milli-mənəvi dəyərdir, bütün azərbaycanlıları birləşdirən ruhi bağdır. Məhz buna görə də Prezidentin və xanımının bu tarixi məkanı ziyarət etmələri hər kəsin rəğbətinə səbəb oldu.
Beləliklə, öz qalib ordusu ilə görüşə gedən, işğaldan azad edilmiş torpaqlarımıza salam aparan dövlət başçımız və birinci xanım Xudafərini ziyarət etməklə və o torpaqlarda üçrəngli bayrağımızı ucaltmaqla bu səfərə möhür vurdular və eyni zamanda, tariximiz üçün yeni bir səhifə açdılar. Qədim Qarabağımızın tarixi bundan sonra zəfər və uğur səhifələri ilə zənginləşəcək”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

