/ / Leyla Abdullayeva: Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb
Leyla Abdullayeva: Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb
20.05.2021 [09:27]
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan tərəfindən hələ də “hərbi əsirlər” ilə bağlı iddialara münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, L.Abdullayeva bununla bağlı deyib: “Ermənistanın Azərbaycanı erməni “hərbi əsirlərin” saxlanmasında davamlı ittiham edən yalan və iftira dolu iddiaları tərəfimizdən mütəmadi qaydada cavablandırılır.
Vurğulamaq istərdim ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə, o cümlədən məhbusların tutulması əməliyyatları və onlarla rəftara aid olan beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə riayət etməyə sadiqdir. Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb.
Hazırda Azərbaycanda bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçıları həbsdə saxlanılır. Azərbaycanın topladığı məlumatlar və dəlillərə əsasən, noyabr ayının son 10 günündə döyüş əməliyyatları bitdikdən sonra Ermənistanın Şirak bölgəsindən 60 nəfərdən çox üzvü olan dəstə Azərbaycan ərazilərinə göndərilib. Bu dəstə 2020-ci ilin noyabr ayının sonu və dekabr ayı da daxil olmaqla, Azərbaycan mülki şəxslərinə və hərbi qulluqçularına qarşı terror hücumları həyata keçirərək, 4 azərbaycanlı hərbçini öldürüb və erməni işğalı illərində dağıdılmış bölgədəki rabitə xətlərinin bərpası üçün sadəcə, öz işini görən, mobil rabitə şirkətinin əməkdaşı olan bir mülki şəxsi isə ağır yaralayıb.
Azərbaycan bu şəxsləri həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda həbsdə saxlayır. Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törədilmiş qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunurlar. Qanunlara uyğun olaraq hazırda Azərbaycan 44 gün davam edən Vətən müharibəsindən sonra tutulan bütün şəxslərlə bağlı onlara qarşı olan dəlilləri qiymətləndirməklə ətraflı araşdırma aparır. 2021-ci il mayın 4-də ölkəmiz humanitar addım ataraq, saxlanılan şəxslərdən 3-nü ittihamlar irəli sürmədən Ermənistana qaytarıb.
Ermənistanın məsələni davamlı şəkildə yanlış təqdim etdiyini nəzərə alaraq, ölkəmiz saxlanılan şəxslərin saxlanma səbəbləri, şəraiti və onlarla rəftar ilə bağlı daha çox şəffaflığı təmin edərək, araşdırmanı davam etdirir. Azərbaycan, eyni zamanda, məhbuslara insani münasibət göstərilməsi, onlarla ədalətli və qanuni şəkildə rəftarı təmin etməklə bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

